beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehebbet Ve Guller(menalari)

MƏHƏBBƏT VƏ GÜLLƏR

QIZIL GÜL – Məhəbbət , həyat, təntənə, qələbə rəmzidir.
Qədim zamanlardan bəri gənclər sevdikləri qıza qızıl gül göndərərdilər.
Bununla da qızlara öz məhəbbətlərini elan etmiş olurdular.
Əgər qız göndərilən qızıl gülü qəbul edirsə bu sevgiyə razılıq əlaməti hesab olunur.

QƏRƏNFİL – Qərənfil gülü ehtiraslı məhəbbət, həyəcan əlamətidir.
Lakin 20 yanvar hadisələrindən sonra bu gül əsl mənasında deyil, qəm-qüssə əlaməti olaraq rəhmətə getmiş insanların məzarlarının üzərinə qoyulur.

SU ZANBAĞI – Sən su pərisi kimi gözəlsən deməkdir.

ASTRA GÜLÜ – Bu gül qəm- qüssə, kədər bildirir.
Bir vaxtlar bir-birilərini sevmiş, sonradan hansı səbəbdənsə ayrılmış, ancaq keçmiş məhəbbətlərini unuda bilməyənlər biri-birlərinə astra gülü göndərməklə keçmişi xatırla, keçmiş sevgini ürəyində yaşat deyirlər.

SARI GÜL –
Ümumiyyətlə sarı güllər və çiçəklər ayrılıq rəmzi hesab olunur.

QANQAL GÜLÜ – Səni dəlicəsinə sevirəm, bu sevgimdə məni heç bir qüvvə dayandıra bilməz.
Qanqal gülü ən güclü, qorxu bilməyən ehtiraslı məhəbbət rəmzidir.Suya, havaya oxşayan bu rəng sakitləşdirici gücə malikdir.

ÇƏHRAYI RƏNGLİ GÜLLƏR - Bu gül, ey gözəli, sən necə dəgənc və gözəlsən, sən səmimi və hörmətə layiqsən deməkdir.

AĞ GÜL – Zidiyyəti, narazılığı ortadan götürək deməkdir və təmizlik və saflıq rəmzidir.

BOZ ŞƏBƏGÜLÜ – Küsmüş sevgilliləri barışdırmaq istədikdə bir-birlərinə bu gülü göndərərlər.

İNCİÇİÇƏYİ – Adı qədər zərif olan bu gül "səni sevirəm" deməkdir

LİMON YARPAĞI – Adətən gənclər sevdikləri qızın razılığını almaq üçün ona limon yarpağı göndərərlər.

TAM AÇILMIŞ GÜL – Ötən günləri xatırla deməkdir.

YARI AÇILMIŞ GÜL – Yeni gün, yeni arzu, yeni dilək deməkdir.

QÖNÇƏ VƏ TUMURCUQ – Gələcəyə inam deməkdir


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 138 Bölmə: Sevgi mesajları