beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Məktub...

İçdiyim hər qədəhdə məni bu mərhəmətsiz həyatın ortasında yapayalnız buraxdığın üçün sənə lənət edirəm. Amma qıya bilmirəm… Sənin bütün mərhəmətsizliyinə, bütün laqeydliyinə qarşı mən hələ sənə qıya bilmirəm. Sonra sərxoşluğu özümə zireh əldə edib o gözüyaşlı telefonları edirəm sənə. Sənə yalan danışıram hər bir hərfimdə… "Bitdi" deyərkən "nə olar məni buraxma" deyə dəlicə qışqırır içimdəki səssiz qışqırıqlarım. Sən eşitmirsən. Sən gəlmirsən. Sən artıq məni sevmirsən. Ağlayıram…
Aradan o qədər mevsimm geçmesine baxmayaraq hələ yaraşdıra bilmirəm ayrılığı sevdamıza. Mənə o sıx sarılmalarının, "səni sevirəm" dəmələrinin, birlikdə tökdüyümüz gözyaşlarının yanında nə qədər soyuq dayanır o quru ayrılıq. Və hələ getdiyinə inana bilmirəm, ürəyimə qəbul etdirə bilmirəm0. Həyat və ölüm arasındakı incə xəttin üzərində mən hələ qayıdacağın günün xəyalını qururam. Amma bilirəm gəlməyəcək və məni sonsuzluğa həbs edəcəksən…
Niyə səni unuda bilmirəm bilirsənmi? Yaşadığımız şeylərin mənim üçün çox dəğəri olduğu üçün. "Səni sevirəm" deyərkən gözlərindəki o mənanı unuda bilmədiyim və yalanlaya bilmədiyim üçün. hələ də etdiyim hər hərəkətdə, atdığım hər addımda görəsən mənə hirslənərmi bunu etdiyim üçün deyə çəkinərək yaşayıram. Heç getməmisən kimi… hələ məni sevirmisən kimi… Halbuki çox uzun zamandır nə etdiyini, haralara getdiyini, kimlərə gülümsədiyini belə bilmirəm. Hər gecə görəsən mənimi düşünür yoxsa çoxdan məni silib həyatamı qarış idi deyə özümü yeyib bitirirəm. Mənim olmadığım yerlərdə başqalarıyla söhbət etdiyini, qəhqəhələr atdığını düşündükcə qəhr oluram. Mənə sarıldığın kimi sarılırsanmı görəsən bəzilərinə? Mənsiz gülə bilirsənmi? Niyə?… Niyə?! Mən bu qədər acı çəkərkən niyə...
İndi gedişinlə alqışlayır məni həyat. Bütün üzlər mənə dişini ağardır. Həyat mənlə lağ etsə də vecimə deyil. Bütün haqsızlıqlara, bütün insanlara, bütün gözyaşlarına inad hələ səni çox sevirəm…


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 128 Bölmə: Sevgi mesajları