beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Darıxmaq..

Darıxmaq - sevməkdir ilk öncə...
Cünki sevməzsənsə darıxmazsan ki dəlicəsinə...

Darıxmaq - ağlamaqdır...
Axan hər gözyaşında xatirələri yada salmaqdır...

Darıxmaq - uzaqlara getməkdir xəyallarında...
Cox uzaqlara...

Darıxmaq - ümid etməkdir..
Xəyal etmək bacarmağın yarısıdır kimi...

Darıxmaq - saxlamaqdır...
Bəzən yalnızlığından, bəzən isə ətrafındakı gərəksiz qələbəlikdən...

Darıxmaq - qışqırmaqdır...
Səsin çıxmayana qədər darıxdım deyə qışqırmaqdır...

Darıxmaq - hirslənməkdir...
Bəzən darıxmağına səbəb olanlara, bəzən isə qədərə çarəsizcə...

Darıxmaq - yanılmaqdır
Gecə yarısı qalxdığında hərşeyin bir röya olduğunu anladığında...

Darıxmaq - səbr etməkdir...
Heç yorulmadan şəfəqi müşahidə etməkdir...
İlləri, ayları, həftələri, günləri, saatları, dəqiqələri hətta saniyələri qovmaqdır...

Darıxmaq - yaşamaqdır...
Yalnızlığa inad mübarizə aparmaqdır...

Darıxmaq - qovuşmaqdır...
Bir daha ayrılmayacağına inanaraq... Xəyal belə olsa...

Bəs sizin üçün darıxmaq nədir?


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 106 Bölmə: Sevgi mesajları