beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeyb olan illərim

İllər gərək, uzun illər,
bu sevgini unutmağa.
Nəsibim göz yaşı oldu,
göz yaşını qurutmağa.

Başqa sevgi axtarmadım,
dedim sevginin özüsən.
Görərək, kor oldu gözüm,
sən ki, sevginin gözüsən.

Artıq uzun illər ötüb,
sevə- sevə qocalıram.
Bəlkə sən unutmamısan,
mən gözündə ucalıram.

İtirərək ümidləri,
indi sevgimi gəzirəm.
Son ümidə aldanaraq,
ayrılığa müntəzirəm.

Dinib danışa bilməyib,
niyə lal olub bu sevgim.
Dönüb gözəl bir çiçəyə,
bilmədim, solub bu sevgim.

Hər görüşə olan ümid,
qəlbimin ağrısı olub.
Səni gözlədiyim illər,
ömrümün yarısı olub.

Xatırlayıb kədərlənmə,
demə ki, ölüb sevgimiz.
Qəlbinə aparan yolu,
ikiyə bölüb sevgimiz.


Tarix: 26.12.2014 / 14:28 Müəllif: Aziza Baxılıb: 137 Bölmə: Sevgi şerləri