beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözləmə sevgilim, mən dönməyəcəm

Gözləmə sevgilim, mən dönməyəcəm
Bir daha adını çəkməyəcəm
Adını eşidib gülümsəyəcəm
Gözləmə sevgilim, mən dönməyəcəm.

Hərdən mənim üzüm sənsiz gülsədə
Hərdən xəyallarımda puç olsada
Sənsiz hər saatım çətin olsada
Gözləmə sevgilim, mən dönməyəcəm.

Darıxanda məni heç vaxt axtarma
Uzaqlardayam mənə tərəf baxma
Yanıma gəlməyə birdə çalışma
Gözləmə sevgilim, mən dönməyəcəm.

Dörd ildi mən tənha qalmışam sənsiz
Səndə bir gün ağlayacaqsan mənsiz
Anlayarsan necə dözmüşəm sənsiz
Gözləmə sevgilim, mən dönməyəcəm


Tarix: 26.12.2014 / 13:32 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Sevgi şerləri