beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xatırlayacam

Mən səni görəndə ağlımda çaşır,
Sən yoxsan gözümdən hey yaşlar axır.
Eləbil qəlbimdə şimşəklər çaxır,
Sənin yoxluğunla qəlbim savaşır.

Hər yoldan keçəni sənə bənzədib,
Sənsiz bu şəhəri sənli görürəm.
Sənlə getdiyimiz o yerə gedib,
Kövrəlib ağlayıb fəryad edirəm.

Bilki, xatirimdə qalacan mənim,
Mən səni hər zaman yada salacam.
Bilki, sənlə getdi o şad günlərim,
İnanki, mən səni unutmayacam.

Necəki mən varam şeir yazacam,
Adını şeirimdə daim anacam.
Sən məni tərk etdin, inan eybi yox,
Mən səni daima xatırlayacam.


Tarix: 26.12.2014 / 13:03 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Sevgi şerləri