beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevginin rəngi...

evdiyiniz rənglər əslində şəxsiyyətiniz və nələrdən xoşlandığınız haqqında məlumat verir. Yaxşı xoşlandığınız adamın bəyəndiyi rənglərdən yola çıxaraq onun necə bir aşiq olduğunu öyrənmək istəyirsinizmi?


Qırmızı

Sevginin və arzunun rəngidir. Favorit rəngi qırmızı olanlar qışqırdıcı və həyəcan vericidir. Özünə güvənən, coşğulu, bəzən də idarəsiz ola bilərlər. Eşqdə ehtiraslı olsa da, hər zaman yeni bir eşq üçün hazırdır.


Yaşıl

Etibar və dinclik verən bir rəngdir. Yaradıcılığı və məhsuldarlığı izah edir. Sevgi rəngi yaşıl olanlar sakitləşdirici, dost canlısı və şəfqətlidir. Ciddi və sabitliklidir. Eşq mövzusunda azaddır.


Qara

Bu rəngi sevənlər ehtiraslı və əzmli sevgili olarlar. Eşqi çox sıx və dolu yaşayarlar. Onlar üçün monotonluq dözülməz bir vəziyyətdir.


Mavi

Sakitliyin simvoludur. Mavi tutqunları üçün güvən və sədaqət çox əhəmiyyətlidir. Ehtiraslı aşiqlərdir. Ən kiçik bir şübhə və etibarsızlıq, eşq mövzusunda özlərini müvəffəqiyyətsiz hiss etmələrinə yol aça bilər.


Bənövşəyi

Bu rəng tərsliyi, tarazlığı, özünə etibarı təmsil edər. Bənövşə çiçəyini sevənlər xəyal dünyası geniş, sənətə düşkün kəslərdir. Eşq mövzusunda ruh əkizlərini axtararlar.


Çəhrayı

İnsanlara rahatlıq və istirahət verən rəngdir. Sevgi rəngi çəhrayı olanlar ətrafa sevinc saçan kəslərdir. Həyəcan dolu və əyləncəli aşiqlərdir.


Sarı

Bu rəngi sevən kəslər ehtiraslı, ağıllı və intellektualdılar. Eşq mövzusunda eqoist ola bilərlər. Şən və mehriban sevimli olanlar da aldatmağa meyllidirlər.




Ağ rəngi sevən kəslər nəzakətli, zadəgan və alçaq könüllü kəslərdir. Eşq mövzusunda sabitdirlər. Sevdiklərinə sadiq olurlar.


Qəhvəyi

Tarazlıq rəngidir. Qəhvəyi tutqunlarının balanslı eşq həyatı vardır. Enişli-yoxuşlu əlaqələrdən xoşlanmaz, sakit əlaqə axtararlar. Paylaşmağı sevirlər.


Narıncı

Romantik və həssas kəslərdir. Həyəcanverici, canlı əlaqələr onlara görədir.


Tarix: 04.12.2014 / 14:17 Müəllif: Aziza Baxılıb: 154 Bölmə: Sevgi şerləri