beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən elə bir vaxtda rast gəldin mənə,

Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam, bulanmış suyam.
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam...


Sən elə bir vaxtda rast gəldin mənə,



Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçım mən.
Nə odum oldu ki, yanam alışım,
Nə sehrim oldu ki, cavanlaşam mən...


Sən elə bir vaxtda rast gəldin mənə,



Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün payız vaxtı, xəzəl çağıydı.
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı...


Sən elə bir vaxtda rast gəldin mənə,



Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildim ki, tutar bizimki.
Bizimdir səmadan axan o ulduz,
O uzaqdan itən qatar bizimdir...



Sən elə bir vaxtda rast gəldin mənə,


Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum yol ayrıcında.
Sən elə bir vaxtda rast gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoca.



Sən elə bir vaxtda rast gəldin mənə,


Nə deyə bildim ki, sevən çağımdır,
Nə dedim: sevirəm mənə dayaq ol.
Nə deyə bildim ki, mənə yaxın ol,
Nə deyə bildim ki, məndən uzaq dur.



Sən elə bir vaxtda rast gəldin mənə,


Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün eşq badəsi içilmiş idi.
Sən elə bir vaxtda rast gəldin mənə,
Mənzilimin çoxu keçilmiş idi.




Sən elə bir vaxtda rast gəldin mənə,

Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə fəsildi, necə vaxt idi?
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə taledi, necə baxt idi.


Sən elə bir vaxtda rast gəldin mənə,


Nə deyə bildim ki, pənahsızam mən,
Nə deyə bildim ki, pənah məndədir.
Nə deyə bildim ki, günahsızam mən,
Nə deyə bildim ki, günah məndədir.


Sən elə bir vaxtda rast gəldin mənə,



Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim.
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim.


Tarix: 25.11.2014 / 13:39 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Sevgi şerləri