beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni sevgili var?

Eşitdim yeni bir sevgilin varmış
Əvəz eliyirmi yenisi məni?
Mən etdiklərimi edirmi sənə?
Görəsən sevirmi mən qədər səni?

Mən etdiklərimi edirmi hər gün?
O səni qısqanıb,qəlbinə salır?
Şirin yuxusundan keçir səninçün?
Gecələr yatmayıb qayğuva qalır?

Mən qədər darıxır sənsiz qalanda?
Hey baxıb yollara gözdüyür xəbər?
Başından bircə tük əskik olanda
Ömründən gedirmi 5-10 il hədər?

Kolgəsi gəzirmi başın üstündə?
Gözündən itəndə olur narahat?
Görüşə geciksən,daşın üstündə
Oturub gözləyir 2-3 saat?


Tarix: 22.11.2014 / 23:15 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Sevgi şerləri