beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DARIXDIN ... MƏNDƏ

DEYƏSƏN DARIXDIN MƏNDƏ, ƏZİZİM,
DEYƏSƏN ÜRƏYİM DAR GƏLDİ SƏNƏ.
SƏNƏ SOYUQ GƏLDİ EVİMİZ BİZİM,
AĞARMIŞ SAÇLARIM QAR GƏLDİ SƏN.

TƏBƏSSÜM ÜZÜNDƏ DONDU, DAYANDI,
İLIQ BAXIŞINI SANKİ BUZ KƏSDİ,
ELƏ BİL MƏHƏBBƏT QƏFİL OYANDI,
BİZDƏN ÇIXIB GETDİ, HARA TƏLƏSDİ?

QARA GÖZLƏRİNİN MARAĞI ÖLDÜ,
GÖRDÜM Kİ, ADI BİR HƏVƏS KİMİYƏM.
DÜNƏN FƏRQLİ İDİM, BİRDƏN NƏ OLDU,
İNDİ SƏNİN ÜÇÜN HƏR KƏS KİMİYƏM?

MƏNDƏ MƏN SANIRDIM, SƏN QALMISAN, SƏN,
BURAXDIN, TƏKLİYİM TUTDU ƏLİMİ.
MƏNSİZ OLDUĞUMU GÖRDÜM YENİDƏN,
SƏNSİZ OLDUĞUMU ÖYRƏNƏN KİMİ.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Sevgi şerləri