beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəbərin Varmı?

Çalış ki, içimdə nifrətə dönmə,

Unut olanları, daha düşünmə.

Özünə sən deyən çox da güvənmə,

Xəbərin varmı ki, unudulursan?

Daha bu həsrətlə qala bilmərəm.

Özümü hörmətdən sala bilmərəm...

Ehtiyat sevgilin ola bilmərəm..

Xəbərin varmı ki, unudulursan?

Bu dərddən betər bir kədərin varmı?

Ayrı bir ürəyə səfərin varmı?

De görüm, xəbərdən xəbərin varmı?

Xəbərin varmı ki, unudulursan?

Qəribə həyatda sən də bir işsən,

Hicrana qapısan, qəmə girişsən.

Sən təkrarolunmaz deyil imişsən

Xəbərin varmı ki, unudulursan?.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi şerləri