beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bextsiz Sevgi.

Acıqla zəng etdin mənə bu səhər,
Yuxuda görmüşəm istəyin azdır.
Əksini söyləmə sevirsən əgər,
Adımı qəlbinin üstünə yazdır.

Yazdır ki,qanına qarışıb bütün,
Adım damcılayıb qəlbinə dolsun.
Yazdır ki,bu altı hərif mənimçün,
Qədərsiz sevginin möhürü olsun.

Əzizim acığın,gileyin hədər,
Onsuzda bilirsən istəyim çoxdur.
Mənim nifrətimdi dünyalar qədər,
Sevgimin ölçüsü qədəri yoxdur.

Qəlbimin üstündə yoxdursa adın,
Məncə bu elədə qəbahət deyil.
Kişinin qəlbincə deyisə qadın,
Quru ad yazdırmaq kifayət deyil.

Doğmasan,əzizsən nəfəsim qədər,
Bürüməsin əbəs qorxular səni.
Hər adi yuxuya inansan əgər,
Yuxusuz saxlayar yuxular səni.



Müəllif:Nəcməddin


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi şerləri