beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəyməzsən...

Heç kəsin dərdinə gülmə dünyada,

Dərdlər nə vaxt gələr başa bilməzsən.
Mən sənin uğrunda nələr çəkmədim,
Gözümdən süzülən yaşa dəyməzsən.

Çox ucuz tutdugun bu sevda səni,
Nə vaxtsa qəlbinə oxlar vuracaq.
Bəxtin üz döndərib gedəndən sonra,
Qəlbin özü səndən hesab soracaq.

Sən mənim qəlbimlə necə oynadın,
Sənin də qəlbinlə oynayacaqlar.
Gizlənpaç oynayan uşaqlar kimi,
Gözünü elinlə bağlayacaqlar.

Sən elə bilmə ki, ayrıldıq artıq,
Hələ bundan sonra yalvaracaqsan.
Nə vatsa diz çöküb qarşımda mənim,
Çox peşmanam deyib ağlayacaqsan.

Mənim ürəyimə toxunsan da sən,
Mən sənin xətrinə dəyməyəcəyəm.
Tanrı verəcəkdir sənin cəzanı,
Mən sənə bəd dua etməyəcəyəm...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Sevgi şerləri