beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**YoX_oLDu_MeHeBBeT_oLDu_MeHeBBeT**

Bu gecə deyəsən başqa bir gecə
Əllərin əlimdə titrəyir niyə?
Nə soba istisi, nə qəlb istisi
Hərarət gətirmir bu gün
sevgiyə.
Sən indi dəyişdin, sən indi necə
Bir gözün qəhərdi, bir gözün
kədər,
Erkəndən düşdüsə əgər bu gecə
Yaxşıya oxşamır açılan səhər.
Gözlərim dikəlib gözündə yaşa
Qəlbimi bir soyuq baxış üşüdür,
Üzündə yaranıb qorxunc
tamaşa
Bu gün sevgimizin ən son
günüdür.
Ən acı gün oldu bizimçün bu gün
Tərk etdi bədəni yox oldu
ruhum,
Mən səni unutdum
deyək,məsəlçün
O sənli günləri necə unudum?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Sevgi şerləri