beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Sevda Ağlayır....

Gel dedim, köksüme yaralı düşdü,
El açdım, ellerim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimde menim.

Qedri bilinmedi, ömrü qırıldı,
Hesret boyun bükdü, hicran yoruldu,
O her gün incidi, hır gün vuruldu,
Bir sevda ağlayır içimde menim.

Min gül solduranlar, min gül derdiler,
Yüngül çiçekleri, yüngül derdiler,
Men ürek açanda baxıb gördüler,
Bir sevda ağlayır içimde menim...

Düneni bükülü xatiresine,
Vurğundur bu günü xatiresine,
Qısılıb mürgülü xatiresine
Bir sevda ağlayır içimde menim...

Bacara bilmedim özüm – özümle,
Dil tapa bilmedi işim sözümle,
Menim feryadımla, menim gözümle
Bir sevda ağlayır içimde menim.

Menem daş daşıyan o mehebbete,
Itmiş qaş – daşıyam o mehebbete,
Özüm başdaşıyam o mehebbete,
Bir sevda ağlayır içimde menim...

Gec oldu qedrini men bilende de,
Sevinci yaşayıb, qem bölende de,
Üzüme baxmayın, men gülende de,
Bir sevda ağlayır içimde menim...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 154 Bölmə: Sevgi şerləri