beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sebr Ver Allahim...

*****************
Gördüm vəfasızı danışmadım mən,
Bu bir fürsət idi görüşmədim mən.
Onsuz yaşamağa alışmadım mən,
Səbr ver Allahım, səbr ver mənə.

Elə bir düyümdü, çözümü yoxdu,
Dadsız günlərimin duzumu yoxdu?
Mənim bundan artıq dözümüm yoxdu,
Səbr ver allahım, səbr ver mənə.

İmdad istəyirəm əl açdım göyə,
Demədim başıma göylər daş tökə.
Bu eşqi bir ömür yaşadım deye
Səbr ver Allahım, səbr ver mənə.

Özüm də bilmirəm,kiməm,nəyəm mən,
Çəkilməz həsrəti kimə deyim mən.
Ondan başqasını bəyənmədim mən
Səbr ver Allahım, səbr ver mənə.

Ayrılıq ölümdü, zarafat deyil,
Sevmek bir kimsəyə yasaq ha deyil.
Ümid istəyirəm, sədəqət deyil!
Səbr ver Allahım, səbr ver mənə...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Sevgi şerləri