beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AYAGA DUR AZERBAYCAN....

Ne yatmısan qoca vulkan seninleyim !
Ayağa dur Azerbaycan seninleyim !
Senden qeyri,
biz her şeyi böle billik.
Senden qeyri,
Biz hamımız öle billik.
Bu Şehriyar harayıdır,
Bu Bextiyar harayıdır.
Ayağa dur Azerbaycan!
Bunu bize zaman deyir,
Mezarından baş qaldıran baban deyir:
- Ner oğlu ner seninleyim!
Seninleyim silah tutan,
külüng tutan , yaba tutan,
Kösöy tutan nişanlı er seninleyim!
Seninleyim qız atası,
Hanı neren , hanı sesin?
Hani andın?
Yoxsa sen de yatmışlara, batmışlara,
Qeyretini satmışlara xırdalandın?
Gözünü sil veten oğlu,
Ayağa qalx!
Üfüqüne bir yaxşı bax,
Serhedine bir yaxşı bax,
Serhedinin kemendine bir yaxşı bax!
Dur içinden qorxunu boğ,
Ölümünle qalımını ayırd ele.
Dur içinden dovşanı qov,
Dur özünü Boz Qurd ele!
Varım - yoxum seninleyim,
Azım - çoxum seninleyim,
Şirin yuxum seninleyim
Yıxın meni söz atından, -
Atın meni tank altına,
Ezin meni xıncım - xıncım,
Kesmir eyer söz qılıncım.
Didin meni didim - didim,
Atın meni tank altına.
Qundaqdakı bir körpeni xilas edim.
Seninleyim,
Sözü qemli, özü demli
rehber adam!
1918 -de vuruşurdu
danışmirdı rencber atan,
rencber atam!
Oyat bizi ey yaradan seninleyim !
Ya birmerre yatırt bizi,
Ya birmerre oyat bizi.
Ya yeniden yarat bizi!
Ey yaradan, səninləyəm!
Seninleyim yatmış vulkan.
Seninleyim!
Ayağa dur Azerbaycan,
Seninleyim! Memmed Araz...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 211 Bölmə: Sevgi şerləri