beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Behanesiz Get!

Getmek isteyirsen behanesiz get,
Oyatma mürgülü xatireleri!
Sesin hemin sesdir,baxışın ögey,
Gedirsen sesin de yad olsun barı!

Sen deniz qoynuna tullanmış çiçek,
Üstüne dalğalar atılacaqdır.
Saxta mehebbetin saxta senedtek,
Ne vaxtsa üstünde tutulacaqdır.

Yollartek döşenib ayaqlarına,
Sene yalvarım mı?
                     Bu mümkün deyil!
Qoymaram qelbimtek vüqarım sına,
Alçalıb yaşamaq ömür gün deyil!

Demirem sen uca bir dağsan eyil,
Demirem qalıbdır elacım sene.
Ne sende mehebbet qara pul deyil,
Ne men dilençiyem,el açım sene!

Getmek isteyirsen ne danış,ne din!
Yox ol xeyal kimi dumanda çende!
Neyimi sevmişdin deye bilmedin,
İndise yüz eyib görürsen mende..

Getmek isteyirsen behanesiz get,
Oyatma mürgülü xatireleri!
Sesin hemin sesdir,baxışın ögey,
Gedirsen sesin de yad olsun barı!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 268 Bölmə: Sevgi şerləri