beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bahar...
Bahar...

Mən səni gördükdıə gözlərim yanır
Sən ey gəncliyimin güzgüsü,Bahar!
uçan buludların bəzən dayanır
Yoxsa söyləyəcək bir sözünmü var?
Sən ey gəncliyimin güzgüsü bahar!

Özün bilirsən ki xeyli zamandır
Çiçəkli düzlərə qanad gərmədim.
Kim deyir gəncliyim haman-hamanadır?
Mən keçən günlərə yol göstərmədim
Çiçəkli düzlərə qanad gərmədim.

Bahar,gəl demə ki,qanım soyuqdu
Mənimdə qəlbimdə əməllərim var
Kim deyir gəncliyin mənası yoxdu?
gözlə qırılmasın ortada ilqar
Mənimdə qəlbimdə əməllərim var.

Qoy deyim onları eşid səndə bil:
Bil ki,hər əməlim bir kainatdı.
Səsimə səs verir bağçada bülbül
Cahanda ən gözəl məncə həyatdır
Bil ki,hər əməlim bir kainatdır!!


Tarix: 01.06.2015 / 10:11 Müəllif: Aziza Baxılıb: 198 Bölmə: Səməd Vurğun