beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rahib görmək

Yuxuda rahibə diqqətlə baxırsınızsa, bu, ailədə ixtilaf və xoşagəlməz iş səyahətlərinə işarədir. Gənc qadın üçün belə yuxu yalan və böhtanların ona qarşı istifadə olunacağına işarədir. Yuxuda özünü monax obrazında görmək yaxınların itkisi və xəstəliyə işarədir.

Rahib- təmizlik, şövqsüzlük, asketizm, mövhumatçılıq rəmzidir.Ağ paltarlı rahib görmək o deməkdir ki, şimal əraziləri ümumi kilsə rəhbərinin seçilməsi ilə birləşdiriləcək. Rahibi sərxoş görmək ümumi zənginlik və sevincə işarədir. Zəngi vuran rahib görmək – həyəcanlı hadisələr, dəyişikliklər, hakimiyyətlə bağlı qəfil fəlakət rəmzidir. Müharibəyə gedən silahlı rahiblər görmək – cinayətin artması, cinayətə görə cəzasız qalmaya işarədir ki, bu da bütün bəşəriyyətin silahlanmasına gətirib çıxaracaq. Lal rahib görmək – dinə qarşı münasibətdə vandalizm, dini abidələr və müqəddəs yerlərin dağıdılmasına işarədir.Rahiblərə divan tutma həyat prinsiplərinin dəyişilməsi, bütün baş vermiş hadisələrə marağın itməsinə gətirib çıxaran ağır zərbələrə işarədir. Rahibin saç kəsdirmə mərasimini (rahibliyə girmə) görmək insanlar bütün müharibələrə son qoyduqdan sonra Yer üzündə yaranacaq zənginlik və bolluq, firavana işarədir.


Tarix: 11.04.2014 / 01:31 Müəllif: Ebulfez Baxılıb: 89 Bölmə: R hərfi