beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi valsı – Rəşid Behbudov

Bəxtiyar filmindən mahnı (1955)

Musiqisi : Tofiq Quliyev
Sözləri : Ənvər Əlibəyli
İfa edir : Rəşid Behbudov

Sözləri:

Bir vaxt uşaq idik, dost idin mənə,
Baş açıq, ayaqyalın gəzərdik bağları.
Səni gördüm, dostum, yad etdim yenə,
Bir şirin yuxu kimi ötən o çağları.
Ah niyə, nə üçün,
Mən beləyəm, bəs, bu gün?
Ah niyə sənin mən,
Tuta bilmirəm əllərindən?
Nə qəşəngsən, nə gözəlsən.
Bu axşam, sən, əziz dost.
Nə qəşəngsən, nə gözəlsən.
Bu axşam, sən, əziz dost.
Ah, bu gözəlliyi mən, bəs o zaman
Nə üçün hiss etmədim, söylə, bu günkü tək?
Bu gün nə olsa da, əzizim, inan.
Öz sözün deyər sənə daha sevən ürək.
Ah niyə, nə üçün,
Mən beləyəm, bəs, bu gün?
Ah niyə sənin mən,
Tuta bilmirəm əllərindən?
Nə qəşəngsən, nə gözəlsən.
Bu axşam, sən, əziz dost.
Nə qəşəngsən, nə gözəlsən.
Bu axşam, sən, əziz dost.
Əziz dost


Tarix: 22.01.2015 / 18:49 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Rəşid Behbudov