beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURANA İNANIRSINIZMI?

Qurani Kərimə inanırsınızmı?

İçində yaşadığınız cəmiyyətə belə bir sualla müraciət etdiyiniz zaman "mən müsəlmanam" deyən hər kəsdən ortaq və müsbət cavab alacaqsınız.
- Əlbəttə, inanırıq.
Qurana Kərimə inandıqlarını söyləyən bu insanlara "İnandığınız Qurani Kərim nədir, nələri ehtiva edir və nə üçün nazil olmuşdur?" kimi sual verdiyinizdə eyni çoşqulu və ortaq cavabı almayacaq və bir susqunluqla qarşılaşacaqsınız.
Çünki bu barədə kifayət qədər məlumatları, bilikləri yoxdur!
Qurani Kərimə inanmalarına və inandıqlarını səmimi bir şəkildə ifadə etmələrinə rəğmən, Qurani Kərimlə bağlı belə sualların cavablarını bilmirlər.
Bir qismi Qurani Kərimin "Hırka-Şərif" [1]Başqa bir qizmi dirilərdən daha çox ölüləri maraqlandıran və ölülərə oxunması lazım olan bir Kitab olaraq inanırlar.
Bir qismi isə on dörd əsr öncə primitiv bir qövmə göndərilən və o primitiv qövmün ehtiyaclarına cavab verən əski bir Kitab olaraq inanırlar.

Elə isə,
Qurani Kərimə aid edilən bu inanclar Qurani Kərimə görə səhih inanclardırmı?
Qurani Kərim budurmu və ona beləmi inanmalıyıq?
Təbii ki, yox!
Qurani Kərim bir mədəniyyət ensklopediyası və keçmişdə yaşanan hekayələr toplusu deyil.
Qurani Kərim,
bizlərə keçmişdən, günümüzdən və gələcəyimizdən açıq - aydın xəbərlər verən, Allahın razı olduğu dini, necə və hansı şəkildə yaşamağımız gərəkdiyini bəyan edən tayı bərabəri olmayan möhtəşəm bir kitabdır.
Alləmlərin Rəbbi olan Allah ilə danışmaq istəyənlərin, aləmlərin Rəbbi olan Allaha halımızla, vəziyyətimizlə, aqibətimizlə bağlı nə etməli və nədən çəkinməyimiz barəsində sual vermək istəyənlərin müraciət edəcəkləri yeganə qaynaq, yeganə qapı Qurani Kərimdir.
Xülasə, Qurani Kərimin bu ümumi həqiqətlərini bilməyimiz və Ona bu həqiqətlərə görə inanmağımız, iman etməyimiz lazımdır.

Qurani Kərim yaşanması gərəkən cahanşümül bir Kitabdırmı?
Dünya tarixi bir növ haqq ilə batil arasındakı mücadilənin tarixidir. İnsanlar, tarixin hər dönəmində batilə və dəlalətə meyl etmişlər və bu dönəmlərdə göndərilən peyğəmbərlər ilə yenidən haqqa dəvət edilmişlər. Peyğəmbərlərin insanlara təbliğ etdikləri İlahi həqiqətlər daha öncəki peyğəmbərlərin də gündəmə gətirdikləri xəbərdarlıq edib, çəkindirmələr olduğu üçün hər cahiliyyət toplumu bu İlahi xəbərdarlıqları keçmişə nisbət etmiş və "Bu kimi sözlər, keçmişdə söylənilən əskilərin naıllarıdır!" demişdilər.
Kifrə düşənlər dedilər ki: "məgər biz və atalarımız torpaq olduqdan sonra (qəbirlərdən) çıxarıldacağıq? And olsun ki, bu (dirilmə və əzab təhdidi) həm bizə, həm də əvvəllər atalarımıza da vəd olunmuşdur. Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrindən başqa bir şey deyildir." (Nəml, 67-68)

Bu gün də vəziyyət demək olar ki, eynidir.
İnsanlara yenidən dirilməkdən, cənnətdən və cəhənnəmdən bəhs etdiyiniz zaman, bu xəbərdarlığı keçmişdə qalmış bir hadisə (xəbər) hesab etmişdilər.
İlahi həqiqətləri keçmişə nisbət edən bu anlayışdakılar bu batil nisbətlərin bir nəticəsi olaraq Qurani Kərimin hökmlərinin yaşanmasını da keçmişə aid etdilər.
Məsələn Quranın bir hərfinin də təhrif edilmədiyi, dəyişdirilmədiyini bilən Dünya müstəkbirləri İslam dinin əsas qaynaq etibarı ilə aydınlığını qoruduğunu qəbul etməklə yanaşı, İslam dinin və İslami hökmlərin yaşanmasının mümkünlüyünü, vacibliyini keçmişə nisbət edərək, sadəcə keçmişdə yaşandıını və keçmişdə yaşanmasının mümkünlüyünü irəli sürürlər.
İslamın ümumi mənada yaşanmasının çox keçmişlərdə qaldığını, zamanımızda yaşanmayacağını söyləyən imperalist ağıl; bu sözü, öz bəşəri sistemlərini əsas alaraq söyləyirlər. Çünki onların qoyduqları qanunlar, onların irəli sürdükləri görüşlər, çox qısa bir zaman dilimində köhnəlir, bir-biri ilə ziddiyət təşkil edir, zaman keçdikcə keçərsizliyi və ya yanlışlığı ortaya çıxır.

İlahi hökümlər də belədirmi?
Hər şeyi haqqı ilə bilən Allah dünən doğru dediyinə, bu gün yanlışmı deyəcək?!
Rəbbimizin on dörd əsr öncə bəyan etdiyi bir doğruya yanlış deyə biləcək və ya bu doğrunun bu günki insan fitrətinə və toplum həqiqətinə görə yanlışlığını müdafiə edə biləcək bir insan,
bir tək insan vardırmı?
İndiyə qədər "İslamı tənqid edirəm!" deyənlər və ya İslamı tənqid etdiyini düşünənlər, İlahi hökmlərə qarşı yalan və iftiradan başqa nə söyləmişlər, nə söyləyə bilmişdilər ki!...
Bu şəxslərə "İslam şəriəti" deyilincə tükləri biz-biz olur və İslam şəriəti haqqında ağıllarına gələni deyil, ağızlarına gələni söyləyirlər. Belə ki, onların xalqa təqdim etdikləri şəriət anlayışı xalqın da bu anlayışdan ürkməsinə, çəkinməsinə səbəb olmuşdur.

Xalqdan bir kəsə "Şəriət" deyilincə "xoxandan" qorxudulan uşaqlar kimi panikaya düşür və gözləri qorxudan bərəlir.
Halbu ki, İslam şəriəti demək, İslam dinin hökümləri deməkdir. Toplumdakı zalımlara "DUR!" deyən, ictimai ahəngi və ədaləti təmin edən hökümlər bütünlüyüdür.
Elə isə niyə,
niyə bu ifadədən bu qədər çox qorxurlar? Halbu ki, bu insanlar "Dinimiz İslam" deyən insanlardır. Bir tərəfdə "Dinimiz İslam" deyəcək, digər tərəfdən isə İslamın hökmləri mənasına gələn "İslam şəriəti" kəlməsindən qaçacaqlar.
Bu vəziyyətin səbəbkarı müstəkbirlərdir. Mediya fəaliyyətləri ilə bu insanları istədikləri vadiyə sürükləyənlər insanların İslam həqiqəti qarşısında da özləri kimi düşünmələrinə nail olmuşdular. Belə ki, şəriətin nə olduğunu Allahdan və Allahın Kitabından deyil, şeytandan və şeytanın dostlarından öyrənən bu zavallı insanlara "Şəriət" deyilincə daş dövrünə dönüləcəyini hesab edirlər.
Halbu ki, İslam bütün insanlıq üçün qiyamətə qədər hər dövrdə yaşanacaq çağdaş və cahanşümül bir dindir. Keçmişdə yaşandığı kimi günümüzdə də, gələcəkdə də yaşanıla biləcək bir dindir. İslam dinində bəyan edilən mütləq hökümlər qiyamətə qədər bütün insanlığı zülmlərdən qurtara biləcək; mal, can, ağıl, nəsil və din güvənliyini qoruyaraq ədaləti həqiqi mənada təsis edəcək hökümlərdir.


Tarix: 05.01.2013 / 15:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 906 Bölmə: Quran Haqqında