beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran şəfadır.

Allah Sübhanə Təala xəbər verib ki, Quran – şəfadır. O deyib:
“Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: "Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb (peyğəmbər)?!" De: "O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır".” (Fussilət, 44);
“Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (əl-İsra, 82)

Burada “min” önlüyü Quranın ayrıca bir hissəsinə deyil, ona bütövlükdə məxsusluğu göstərir, çünki bu Kitab bütövlükdə şəfadır, bu barədə də öncəki ayədə qeyd olunmuşdu. O qəlbi cahillik və şübhə kimi xəstəliklərdən müalicə edir və Uca Allah səmadan xəstəlikləri müalicə edəcək Qurandan daha universal, daha faydalı, daha əzəmətli və daha təsirli vasitə nazil etməyib.
Hər iki “Səhih”də Übu Səidin rəvayəti gətirilir: “Bir dəfə Peyğəmbərin (sav) , bir dəstə sahabəsi səfərə cıxır və ərəb tayfalarının birinin düşərgəsində dayanırlar. Sahabələr tayfadan qonaqpərvərlik göstərməyi xahiş edirlər, lakin onlar bunlara rədd cavabı verir. Elə olur ki, onların tayfa başçısını [əqrəb] sancır. Onlar ona kömək etmək üçün bütün mümkün vasitələri etdilər, lakin fayda vermədi. Onda onlardan biri dedi: ”Siz (gecələmək üçün) dayanan insanlara müraciət ediniz, bəlkə onlardan kimdəsə nə isə tapıldı”. Onlar sahabələrin yanına gələrək dedilər: “Ey insanlar, bizim başçımızı nəsə sancıb və biz mümkün olan hər şeyi etdik, lakin ona kömək edə bilmədik. Bəlkə sizdən kimdəsə nə isə tapılar?” Onlardan biri dedi: “Allaha and olsun ki, mən ovsun oxuya bilərəm, lakin Allaha and olsun ki, biz sizdən qonaqpərvərlik xahiş etdik, siz isə imtina etdiniz. Ona görə də siz bizə haqqını ödəməyənədək mən ovsun oxumayacağam”. Onlar razılığa gəldilər ki, tayfa sahabələrə qoyun sürüsü verəcək. Bundan sonra o durub (yaraya) tüpürərək oxudu: “Aləmlərin Rəbbisinə həmd olsun...” və başcı elə bilki düyündən azad oldu və ağrı hiss etməyərək gəzməyə başladı. Bədəvilər sahabələrə razılığa gəldiklərini verdilər və sonra onlardan biri dedi: “Bölüşdürün” (qoyunları). Lakin ovsun oxuyan dedi: “Peyğəmbərə qayıdıb və baş verənlər barəsində ona danışmayınca heç bir şey etməyiniz, baxaq o bizə nə əmr edəcək”. Allahın Rəsuluna ,qayıdıb ona bu barədə danışdıqda o soruşdu; “Haradan bildin ki, o ovsundur?” Sonra o dedi: “Siz düz etmisiniz. Bölüşdürün və bir pay da mənə verin.”

Bu dərman xəstəliyə təsir etdi və o heç olmamış kimi yoxa çıxdı. Bu ən sadə və ən asan müalicə yoludur və əgər qul “əl-Fatihə” vasitəsi ilə düzgün müalicə olunmağı öyrənərsə onun necə möcüzəli təsirə malik olduğunu görər.
Məkkədə qaldığım zaman xəstələndim və mən nə həkim nə də dərman tapa bildim. Mən “Əl-Fatihə”nin vasitəsilə müalicə olundum və onun möcüzəli təsirinə əmin oldum. Mən bu barədə bir çox xəstələrə danışdım və onların çoxu tezliklə sağalırdılar.

Həmçinin burada bilmək lazımdır ki, müalicə və ovsun kimi oxunan zikrlər, ayələr və dualar özlüyündə faydalı və müalicəvidirlər, lakin onlar tələb edir ki, xəstə onları qəbul etsin və onu oxuyan güclü imana malik olsun və ciddi təsir göstərsin. Şəfanın gəlməməsi səbəbi ovsun oxuyanın zəif təsiri və ya xəstənin onu qəbul etməməsi və ya dərmanın təsir etməsinə imkan verməyən ciddi səbəb ola bilər. Eyni hal adi dərmanlarla müalicə olunduqda da baş verir. Xəstənin orqanizmi onları qəbul etmədikdə və ya dərmana təsir etməyə imkan verməyən ciddi səbəblər olduğu halda dərmanlar təsir etməyə bilər. Əgər orqanizm dərmanı tamamilə qəbul edirsə, onda o ondan müvafiq şəkildə fayda götürür. Eyni hal qəlbin ovsunları bütövlüklə qəbul etməsi və onu oxuyanın xəstəliyə qətiyyətlə təsir etməyə qadir olduğunda baş verir.


Tarix: 09.12.2012 / 04:39 Müəllif: Ehli_Muslim Baxılıb: 880 Bölmə: Quran Haqqında