beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Getməyin qeyri-mümkünlüyü
Getməyin qeyri-mümkünlüyü

Bəzən
heç nəyə əl vurmadan
çıxıb getmək istəyir adam.
Darıxıb bir gün
evdən başını götürüb,
bir az qonşu pəncərədəki qızı,
bir az qızın gözlərindəki özünü götürüb,
şkafdan əlcəyin əllərini,
eynəyin gözünü götürüb
getmək istəyir.

Güzgülər üzün üçün darıxacaq deyə,
arxanca ancaq işıqlar baxacaq deyə,
özündən qabaqdakı kölgəsini
ötmək istəyir adam.
Bəzən dünyadakı
təkrar səhərlərdən,
yorğun axşamlardan bezib,
bütün, bütün adamlardan bezib
dəli bir axtarılmaq həsrətiylə
itmək istəyir adam.

Həmişə harasa getmək...
Məsələn,
Parisə,
Londona,
İstanbula,
açıq kosmosa,
Marsa,
Aya...
Bəzən istəmədən gedir adam
Məsələn,
dərsə,
işə,
görüşə - o dünyaya...


Tarix: 04.06.2015 / 17:08 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Qismət