beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənnət xurması meyvəsinin faydaları...

Bu meyvənin ağacı, qışda yarpağını tökən, geniş təpəli seyrək budaqlı bir ağacdır. Gövdənin qabığı lövhələr halında çatlaqdır. Yarpaqlar elliptik bir quruluşda 6-15 sm uzunluğunda, üst üzü parlaq tünd yaşıl və tüksüz, alt üzü tüklüdür. Sarımtıl ağ çiçəkləri iyun ayında açar. Meyvələri payızda yetişər. Portağal rəngindəki meyvələri şəkərli, yumşaq, liflidir. Əsas vətəni Çin və Yaponiyandır.
Cənnət xurması meyvənin faydaları...
1.A vitamini və karbohidrat baxımından çox zəngindir.
2.Ürək-damar sistemi xəstəliklərinin müalicəsində şəfalıdır.
3.Həzm sistemini qüvvətləndirər, həzm sistemi xəstəliklərinə yaxşı gələr.
4.Bununla yanaşı,indiki zamanda çox yayılmış olan xərçəng xəstəliklərindən qorunmaqda əhəmiyyətli bir yer tutmaqdadır.
5.Cənnət xurması yeməyə davam edilsə ishalı kəsər.
6.İştahı açar.
7.Mədəni qüvvətləndirər.
8.Mədə səpgisinin qarşısını alar.
9.Bağırsaq iltihabını sağaldar.
10.Cənnət xurmasının yarpaqları qaynadılıb saç və üz yuyulsa dəri və saç gözəlləşdirər.
11.Cənnət xurmasının yarpaqları qaynadılaraq əldə ediləcək su, təmizlikd işlərində də istifadə edilə bilər.
Vitamin olaraq bol miqdarda, zülal, karbohidratlar, sellüloza, fosfor, kalsium, dəmir,tannin, natrium, kalium, maqnezium, A, B1, B2, B3, C vitaminləri ehtiva etməkdədir.Yodla zəngindir.

Cənnət Xurmasının xüsusiyyətləri

* Qəbizliyi aradan qaldırıar və bəsləyici xüsusiyyətlərə malikdir.

* İshal, iştahsızlıq, gastrit, bağırsaq iltihablarının müalicəsində istifadə edilə bilər.
* Zob xəstəliyində tövsiyyə edilir.
* Xolesterolu və yüksək təzyiqi salmağa köməkçi olar.

PS: Mən bacardığım qədər çox yeyirəm sizə də məsləhət edirəm. Bu nemətlər Allahın bizə lütfüdür. Sadəcə nəyi, nə zaman, nə üçün hansı məqsədlə istifadə etməyi bacaraq... Kainat Aptekində heç bir şey boşuna yaranmayıb...Bunu bilmək və öyrənmək öz xeyrimizədir...


Tarix: 26.11.2012 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 509 Bölmə: Qidalar