beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Cin kimi" kokteyllər )

Cin kokteyllər hər zaman fərqli kokteyllər olmuşdur. Bunun sizcə bir səbəbi yoxdurmu? Reseptlər bizdən, bu işin sirrini həll etmək sizdən ...


1600-cü illərdə Hollandiyalı bir həkimin şəfa çıxarmaq məqsədiylə çıxartdığı cin(ingilis arağıdır), indiki vaxtda gündəlik problemləri əritmək üçün istifadə edilir. Bu kefli yay günlərində dərddən və kədərdən uzaq vaxtlarınıza yoldaşlıq edəcək cin kokteyl reseptlərii bu səfər də paylaşmaq istədik ...Gin Fizz-Vəsaitlər

Kvadrat şəklində buzlaşmış buz

3 yemək qaşığı cin(ingilis arağı)

1 limonun yarısının şirəsi

1 çay qaşığı pudra şəkəri

Mineral su

Hazırlanması:

Bir shaker köməyiylə cin, limon suyu, pudra şəkəri və buzu yaxşıca qarışdırın. Qarışığı, əvvəldən soyudulmuş dar və uzun kokteyl stəkanına tökün. Stəkanın qalan qisiminə də soyuq mədən suyunu yavaş yavaş əlavə edin. Nuş olsun!


Pink Lady-Vəsaitlər:

5 çay qaşığı cin

1 yumurtanın ağı

2 çay qaşığı limon suyu

2 çay qaşığı naşərab

1,5 lt alma soku

Hazırlanması:

Qırılmış buzla birlikdə Shaker yaxşıca çalkaladıktan sonra buzla dolu bir stəkanda servis edə bilərsiniz. Bəzəməyi albalı ilə edə bilərsiniz.


Honolulu-Vəsaitlər

1 yemək qaşığı cin

Çay qaşığı portağal suyu

Çay qaşığı limon suyu

Çay qaşığı ananas suyu

1 damla Angostura Bitters(şokolad növü)

Hazırlanması

Angostura Bitters xaric bütün vəsaitləi buzla birlikdə shakerdan keçirin. Qarışığı daha sonra shot stəkanına xservis edə bilərsiniz. Honolulu üçün son toxunuş, bir damla Angostura Bitters əlavə etmək olacaq ...


Gin Smash-Vəsaitlər

1 yemək qaşığı cin

4 yarpaq nanə

Yarım küp qənd

buz

Hazırlanması:

Hər şeydən əvvəl şəkəri shaker içərisində suyla qarışdıraraq əritməlisiniz. İndi də cin, buz və nanə əlavə edib yenidən qarışdırın. Dar və uzun bir kokteyl stəkanına servis edə bilərsiniz


Tarix: 06.12.2012 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 644 Bölmə: Qidalar