Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Kir

II Kir (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuroş-e Buzurğ), Midiyalı Kir (e.ə. 600 – e.ə. 529) – qədim İran padışahı və Əhəməni İmperiyasının əsasçısı. II Kirin başçılığı altında Əhəməni İmperiyası cənub-qərbi Asyanın tamamını fəth edərək, ərazisinə görə o zamanlara qədər dünyada görünməyən genişlikdə bir dövlətə çevrilmişdir.

Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan ba‏şda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ keçirməsinə kömək edirdilər. Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.

Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu. Astiaq qızı Mandananın doğulacaq uşağının gələcəkdə onun üçün təhlükə törədəcəyi ilə bağlı yuxu gördükdən sonra, Harpaqı uşaq doğulan kimi onu öldürməsi üçün Anşana göndərir. Harpaq isə əlini hökmdar nəslindən olan insanın qanına bulamaq istəmədiyi üçün uşağı (II Kir) Mitridat adlı bir çobana verir və o da uşağı öz övladı kimi böyüdür.

Ön il keçdikdən sonra, Kirin sağ olmasını öyrənən Astiaq bundan qəzəblənərək Harpaqı cəzalandırır. O, onun yeganə oğlunu kəsdirərək, sarayda təşkil olunmuş ziyafətdə içində uşağın atası Harpaqın da olduğu saray adamlarına yedirdir. Harpaq ziyafət zamanı bunu öyrəndikdən sonra, heç bir reaksiya verməyərək sakitcə oğlunun qalıqlarını masalardan toplayaraq məclisdən çıxır və qalıqları dəfn edir. Astiaq daha sonra, maqlarla Kirin taleyini necə həll etmək haqqında məsləhətləşməyə başladı. Onlar, dağda yoldaşları ilə oyun oynayarkən tapılan uşağın kəhanəti gerçəkləşdirərək onun hakimiyyətini əlindən ala biləcəyini, ona görə də saraydan uzaqda saxlanması gərəkdiyini söylədilər. Onların məsləhəti ilə, Astiaq uşağı valideyinləri I Kambiz və Mandananın yanına, Anşana (xarablıqları Şiraz yaxınlığında yerləşən qədim şəhər) göndərdi.

Kir e.ə. 559–cu ildə hakimiyyətdə öz atasnı əvəz edir və e.ə. 553 – cü ildə çoxdan Astiaqdan qisas almaq istəyən Harpaqın məsləhəti ilə babaı Midiya hökmdar Astiaqa qarşı üsyan qaldırır. Tərəflər arasında irili xırdalı bir neçə döyüş baş verir. Farslar və madaylar arasında gedən müharibənin üçüncü ilində, Pasarqad döyüşündə maday ordusu hökmdarın əmrlərinə tabe olmayaraq dağılır və beləliklə də maday sülaləsi devrilir. Midiya dövlətinin varlığına son qoyulur. Kir Astiaqın hakimiyyətini əlindən alır və onu təhqir edir.


Tarix: 16.02.2015 / 14:13 Müəllif: Feriska Baxılıb: 199 Bölmə: Qədim dünya tarixi
loading...