beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız qalası ətrafında qazıntılar haqqında

Belə bir fikir söylənilmişdir ki, Qız qalası Abşeronun başqa müdafiə tikintiləri kimi qala rolunu oynamış, şəhərin müdafiəsi üçün istifadə edilmişdir . Həmin abidənin dini səciyyə daşıması haqqında da fikirlər var . Başqa bir fərziyyə isə Qız qalasının rəsədxana kimi istifadə olunmasını irəli sürür .

Qız qalası ətrafında aparılan qazıntılar zamanı üzə çıxarılmış monumental binanın zirzəmisinin tədqiqi də maraqlı tapıntılardan olub, şəhər memarlığının bəzi mübahisəli məsələlərinə aydınlıq gətirmək üçün mühüm elmi əhəmiyyət kəsb edir

Dini xarakterli tikili qalıqları da 1998-ci ildə Qız qalası ətrafında aparılmış arxeoloji qazıntı zamanı üzə çıxarılmışdır. Qız qalasının ətrafında aparılan qazıntı zamanı Bakının qədim memarlıq abidələrindən biri, X əsrə aid edilən məscidin qalıqları üzə çıxarılmışdır


Tarix: 08.01.2015 / 14:52 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Qız qalası (Bakı)