beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız qalası (Bakı) Tikilməsi

Tikilmə çağı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxımından memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Belə ki, abidənin yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII yüzildə tikildiyini sübut etməyə çalışanlar da. Burda zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3.000 ildən artıqdır.

Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi". Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lokanik məzmunlu kitabələrdə adətən memarların adının qeyd edildiyi nəzərə alınsa, "Davudun oğlu Məsud"un Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür[8]. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir. Digər tərəfdən bir çox alimlərin fikrinə görə Kufi yazılarından X-XII əsrlərdə istifadə olunduğu üçün Qala (üst qatı) həmin əsrlərdə inşa olunub. Lakin, bəzi alimlər bu fikirlərin səhv olduğunu iddia edirlər. Daşların qatışıq məhlulundan – əhəng qarışığından istifadə olunmasından İlyas Babayev, Qara Əhmədov kimi arxeoloqlarımız müəyyən nəticəyə gəliblər. Onlar Qəbələdəki birinci minilliyin ilk əsrlərinə aid edilən abidəni əsas götürüblər. Orada da abidə eynən belə əhəng qarışığı ilə tikildiyindən, Qız Qalasını da antik dövrə aid ediblər. Bu fikri Sara xanım Aşurbəyli də təsdiq edib


Tarix: 08.01.2015 / 14:45 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Qız qalası (Bakı)