beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız qalası (Bakı) Etimologiyası

Qalanın adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan ən çox üstündə dayanılanı qalanın qızla bağlı əfsanəyə (bəzi müəlliflərə görə Bakı xanının qızı) əsasən Qız qalası adlandırılmasıdır. Əefsanəyə görə qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanan qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir. Qalanın adının digər yozumunna görə isə heç vaxt düşmənlər tərəfindən fəth edilmədiyindən qala xalq arasında bakirəlik rəmzi kimi Qız qalası adlandırılmışdır. Digər versiyaya görə isə qala əvvəllər "Göz qalası" adlandırılmış, zaman keçdikcə isə bu ad xalq deyimində dəyişərək "Qız qalası" şəklini almışdır.


Tarix: 08.01.2015 / 14:43 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Qız qalası (Bakı)