beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öpüş görmək

Yuxuda öpüşən uşaqlar görmək ailədə xoşbəxt barışıq və işdə məmnunluğa işarədir. Yuxuda ananızı öpmüsünüzsə, sizi işdə, sevgidə uğur və dostlarınızın hörməti gözləyir. Yuxuda qardaş və ya bacınızı öpmüsünüzsə bu gələcək məmnunluqlar və mehriban dostluğa işarədir. Sevgilinizi qaranlıqda öpmüsünüzsə bu, təhlükə və rüsvayçılıq əlamətidir, işıqlıqda öpmək o deməkdir ki, qadınlara qarşı alicənab xasiyyətinizi dəyişməyəcəksiniz. Yuxuda tanımadığınız qadını öpmək əxlaqsız hərəkətlərə işarədir. Yuxuda rəqib sizin sevgilinizi öpübsə, həyatda onun hörmətini itirmək təhlükəniz var. Evlilər yuxuda bir-birlərini öpüblərsə, bu, onların evindən heç zaman əskik olmayacaq mənəvi birliyə işarədir. Yuxuda düşməninizi öpmüsünüzsə, bu onunla uğurlu barışığa işarədir. Gənc qız yuxuda sevgilisi ilə öpüşəndə qəflətən yaxalanıbsa, bu real həyatda yaxın dostları tərəfindən ona qarşı ədəbsiz, kobud hərəkətlərə işarədir.


Tarix: 17.03.2014 / 16:34 Müəllif: Ebulfez Baxılıb: 177 Bölmə: Ö hərfi