beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öküz görmək

Yuxuda öküz görmək həqiqi və sədaqətli dostlar, həmçinin, gözəl bir şənlikdən zövq almağa işarədir. Belə yuxudan sonra səhhətinizin yaxşı olacağına və çətin məqamlarda etibarlı dəstək alacağınıza inanın.



Yuxuda kök öküz görmək o deməkdir ki, siz öz ətrafınızda lider olacaqsınız və qadınlar sizin mühitinizdə olmaq istəyəcəklər. Yaşıl otlaqda kök öküzlər görmək sizə uğur və cəmiyyətdə təsəvvürünüzə belə gətirmədiyiniz yüksək mövqe vəd edir. Əgər öküzlər ota əyiliblərsə, bu o deməkdir ki, vəziyyətiniz bir az pisləşəcək və dostlar sizdən üz döndərəcək. Əgər seçmə cins öküzlər görmüsünüzsə, bu, varlı qızla xoşbəxt ailə quracağınıza və əvvəlki sadiq sevgilinizə qovuşacağınıza işarədir. Ölü öküz görmək – kədər əlamətidir. Əgər öküzlər təmiz göl və ya kiçik çaydan su içirlərsə, ola bilsin, sizə mehriban və sədaqətli qadın qismət olacaq. Əgər belə yuxunu qadın görərsə, o, öz sədaqətli sevgilisindən evlilik təklifi alacaq.



Yuxuda insan öküzə çevrilibsə və ya öküz görübsə, bu yaxşı əlamətdir. Həyatda onu Allahın insanlara verə biləcəyi hər şeyə sahib olmaq gözləyir.



Öküz görmək –böyük gəlirə işarədir. Öküz tərəfindən vurulmaq – dostunuz sizi aldadacaq.


Tarix: 17.03.2014 / 16:10 Müəllif: Ebulfez Baxılıb: 132 Bölmə: Ö hərfi