Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim olimpiya oyunlarının yaranması

Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəngdaşı və kristallik yamacları dar dərələrlə kəsişmişdir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs başda olmaqla allahların məkanı hesab olunurdu. Allahların burada keçirilən məclisi də Olimp adlanırdı.
Bundan əlavə, bir sıra bədii özfəaliyyət kollektivlərinin xalq yaradıcılığı və müsabiqələri, məktəblilər arasında hər hansı bilik sahəsində konkret tapşırıqları daha yaxşı yerinə yetirmək üzrə keçirilən yarışlar (məsələn, riyaziyyat, fizika, kimya, biologiya, fiziologiya və s. fənlər üzrə) da Olimpiada adlanır.
Olimpiya oyunları Qədim Yunanıstanda Olimpiya şəhərində ilk dəfə e. ə. 776-cı ildə Zevsin şərəfinə yarışlar keçirilməyə başladı. Olimpiya oyunları 5 gün ərzində keçirilir, 1-ci və 5-ci günlər təntənəli mərasimlərə, qalan günlər isə idman yarışlarına həsr edilirdi.
Digər rəvayətə görə, Ellada hökmdarı İfıt Sparta hökmdarı Likurqla müqavilə bağlayır və bu şərəfə dostluq bayramı keçirməyi qərara alırlar.
Müəyyən müddət keçdikdən sonra Ellada torpağında bütün hərbi əməliyyatlar dayandırılır. Oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilir.
Olimp dağı (mount Olympus) + yazılan yerdə yerləşirKlassik dövr (e.ə. 5-4 əsrlər) Olimpiya oyunlarının proqramına ikitəkərli arabalarda yürüş, yumruq döyüşü, beşnövçülük (qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləşmə), həmçinin incəsənət müsabiqələri və s. daxil idi.
Əsrlər keçməsinə baxmayaraq Olimpiya oyunları öz tərbiyəvi əhəmiyyətini itirməmişdir. Zevsin heykəlində qeyd edilmişdir: «Olimpiada qələbəsini pulla yox, ayaqların sürəti və bədənin möhkəmliyi ilə qazanmaq olar».
Bu yarışlara ölkənin azad və ən layiqli vətəndaşları buraxılırdı. Hakimlər atletləri bu sözlərlə yarışa çıxarırdılar:
«Əgər sən məşq etmisənsə və bu böyük yarışlarda iştirak etməyə layiqsənsə, onda mübarizəyə cəsarətlə başla, yox, əgər özünü buna layiq bilmirsənsə, onda dəhşətli biabırçılıqdan yaxa qurtarmaq üçün yarışa girmə və istədiyin tərəfə çıx get»
Bu fəlsəfi ideya insanları cəsarətə, qüdrətli olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırmışdır.
Öz şəxsi mənafeyi, varlanmağı naminə yarışlarda iştirak edənlər ifşa olunur, onları qorxaq və bədbəxt adamlar adlandırırdılar. Yarışlar zamanı rəqiblə kobud rəftar etmək, bilərəkdən və ya təsadüfən onu öldürmək qəti qadağan idi, hakimləri ələ almaq istəyənləri isə ölüm gözləyirdi.
Qadınlar bu oyunlara nəinki iştirakçı, hətta tamaşaçı kimi də buraxılmırdı. Rəvayətə görə, tamaşaçılar arasında öz həyat yoldaşının paltarlarını geymiş Kallirpateria oğlu Olimpiya çempionu olduqda həyəcanını gizlədə bilməyərək stadiona atılmış və oğlunu qucaqlamışdır. Qadın həyəcandan yerişini və geydiyi paltarı unudur, başından papağı düşür, uzun hörükləri sallanır. Hakimlər və tamaşaçılar bunu görüb onun ölümünü tələb edirlər. Lakin Kallipaterianın atası Diaqor və oğlu müxtəlif vaxtlarda Olimpiya oyunlarının qalibləri olduqlarına görə onu bağışlamışdılar. Sonrakı illərdə elə qərar qəbul etmişdilər ki, idmançılar, məşqçilər və xidmətçilər yarış yerinə çılpaq gəlməli və mandatdan keçməli olmuşlar.
İlk vaxtlar Olimpiya oyunlarında idmançılar yalnız stadionun uzunluğuna bərabər olan 192, 27 m (stadiya) məsafə qət etmək üzrə yarışırdılar. Sonralar proqrama ağır hərbi alətlərlə silahlanmış piyadaların qaçışı, güləşmə, uzununa tullanma, nizə və disk atmaq, iri təkərli arabalarda yürüşlər daxil edildi. Hətta ilk vaxtlarda Oyunlarda yalnız yuxarı yaşlı, hərbi çağırışlı yunanlar da iştirak edə bilirdilər. 37-ci Olimpiya oyunlarından sonra uşaqların də iştirakı üçün xüsusi gün ayrıldı.
Maraqlıdır ki, yarışlarda iştirak etmək istəyən hər bir idmançı mütləq bütün növlərdə çıxış etməli idi. Hərtərəfli inkişaf etmiş ən güclü, ən çevik idmançı qalib gələ bilirdi. Oyunların məzmunu və qaydaları iqtisadi və sosial hadisələrin təsiri, həm də quldarlıq dövrünün aramsız müharibələri nəticəsində tez-tez dəyişirdi. Amma bütün bunlara baxmayaraq Olimpiadalar sülhün rəmzi ifadəçisi kimi qalmaqda idi. Olimpiya oyunları zamanı Yunanıstanda müharibələr dayandırılır.
Oyunlar keçirilən günlərdə incəsənət müsabiqələri keçirilir, mahnılar ifa olunurdu. Məşhur tarixçi Herodot, filosof Sokrat, natiq Demosfen, yazıçı Lukian, riyaziyyatçı Pifaqor və digər görkəmli şəxslər belə tədbirlərdə həvəslə iştirak etmişlər. Məşhur şəxsiyyətlərdən Makedoniyalı Filipp at çapmaq üzrə, Platon İstmya, Pifiya oyunlarında və Pifaqor Olimpiya oyunlarında iştirak etməklə yanaşı, həm də yumruq döyüşündə yarışların qalibi adını almışdtlar.
Eramızdan əvvəl V əsrdə Olimpiya oyunları daha geniş şəkil alaraq 5 gün uzadılmışdı. Bu oyunlar Peloponnes əyalətinin Kronos dağı ətəyində yerləşən Olimpiya vadisində 4 ildən bir Olimpiya oyunları adı altında keçirilmişdir. İndi də bura yunanlar üçün müqəddəs yer sayılır.
Yunanların qədim ənənəsi əsasında bizə məlum olmuşdur ki, ilk Olimpiya çempionlarının adları Alfey çayının sahili boyunca ucaldılmış mərmər sütunlarda həkk edilmişdir.
O vaxt Olimpiya oyunlarında iştirak etmək istəyən adamların adları xüsusi siyahıya qeyd edilirdi. Yarışda iştirak edəcək atlet 10 ay ərzində öz hesabına xüsusi məktəblərdə yarışlara hazırlaşırdı. Qədim Olimpiya oyunlarında təkcə idman, hərbi hazırlıq deyil, həm də mənfəət gətirən təmtəraqlı incəsənət müsabiqələri və yarmarkalar da fəaliyyət göstərirdi.
Qədim Yunanıstanda Olimpiya oyunlarının keçirildiyi yerdə indi Olimpiya muzeyi fəaliyyət göstərir. Burada saxlanılan 1435 kq ağırlığında nəhəng qaya daşı tamaşaçıların diqqətini cəlb edir. Qayanın üzərində qədim yunan dilində yazılmışdır: Milon məni bir əli ilə başı üzərinə qaldırdı. Eramızdan əvvəl VI əsrdə yaşamış Milon adlı atlet həqiqətən, görkəmli rekord əldə etmişdi. Milonun müasiri pəhləvan Yevimast 480 kq ağırlığı olan qaya parçasını yerdən qaldırmışdır.
qədim yunan olimpiya oyunlarının iştirakçısıQədim mərmər pillələrin birində yunan atleti Failin Olimpiya oyunları zamanı 16 metr uzununa tullandığı yazılmışdır. Bu müasir atletika nailiyyətindən iki dəfə artıqdır. Olimpiadanın digər iştirakçısı Flegey lövhəni 50 metr uzağa atmışdır. Qeyd edək ki, qədim lövhələrin çəkisi indikilərdən bir yarım dəfə artıq olmuşdur.
E.ə. V əsrdə yaşamış atlet Polidam əlləri ilə şiri boğmuşdur. Lakin tarixçilər həmin atletin 93-cü Olimpiya oyunlarındakı qələbəsini bundan daha yüksək nailiyyət hesab etmişlər.
Polidam ən ağır yarış növü olan pankration (güləşmə ilə yumruq vuruşu elementlərini özündə birləşdirir) üzrə Olimpiya çələngini qazanmışdır. O, çoxsaylı rəqiblərinə qalib gəlmiş, təkcə bir zərbə almışdır.
Altı Olimpiya oyunlarında qalib gəlmiş Milon Kroton e. ə. 536-cı ildə ilk dəfə gənclər arasında mübarizədə qalib gəlmiş və sonuncu çələngini 20 il keçəndən sonra almışdı.
Oyunlar 1170 il davam etmişdir. Roma imperatoru I Feodosinin (eramızın 394-cü ilində) olimpiadaları ləğv etmək əmrinə qədər qədim Yunanıstanda 293 belə olimpiya oyunu keçirilmişdir. 32 il sonra (426-cı ildə) idman şənliklərini insanların yaddaşından silmək üçün Roma imperatoru I Feodosi Olimpiya şəhərini yandırmağı əmr etmişdi. Həmin yanğından sonra Yunanıstanda memarlıq və mədəniyyət mərkəzi olan Olimpin salamat qalmış bəzi tikililəri də 511 və 522-ci illərdə baş vermiş dəhşətli zəlzələlər zamanı tamamilə dağılmışdı. Tarixçilər və mütəxəssislər uzun illər boyu idmançıların yarışlarda iştirakını təkcə təbii güc və sağlamlıq ilə deyil, həm də gərgin məşq etmələri ilə əlaqələndirirlər. Milon gəncliyində bir illik dananı çiyinlərinə qaldıraraq hər gün şəhər ətrafında gəzdirməyə başlamışdır. Dörd ildən sonra isə o, dörd yaşlı öküzü çiyinlərində Olimpiya stadionuna gətirdiyi zaman hamını heyran etmişdir. XII əsrdə yaşamış Nizami Gəncəvinin "Fitnə" personajı bu səpgidə qələmə alınmışdır. Yunanıstanın şəhərlərində ümumyunan Olimp oyunları ilə yanaşı kiçik oyunlar da keçirilirdi. Bu oyunların da quldarlıq dövlətlərinin ictimai-siyasi həyatında böyük əhəmiyyəti var idi. «Istmiy», «panafiney», «pifiy», «hemey» və s. adlı oyunlar olmuşdur. Bu oyunların məqsədi bu və ya digər şəhər dövlətinin daxilində quldarlıq dövlətinin hərbi qüdrətini nümayiş etdirmək və hərbi birliyə nail olmaq idi. Ümumyunan və regional oyunları keçirmək üçün Yunanıstanın Olimp, Delf, Pirey, Milet və digər rayonlarında böyük miqdarda stadionlar inşa olunmuşdu ki,onların xarabalıqları bizim dövrədək qalmışdır.
On beş əsr keçəndən sonra Olimpiya oyunlarının yenidən keçirilməsi məsələsi meydana gəlir. 1829-cu ildə Yunanıstan istiqlaliyyət qazandıqdarı sonra idman bayramlarını bərpa etmək üçün səylər göstərildi.
Yalnız 1824-cü ildə ingilis arxeoloqu lord Stanxof Alfey sahillərində qazıntı işlərinə başladı. Məhz o, antik dövrlər Olimpiadası stadionunun planını müəyyənləşdirə bildi.
1859-cu ildə yunan ordusunun mayoru böyük vəsaitə malik olan Evangelis Sappas "Panellin Olimpiada"sını təşkil etdi. Burada başqa ölkələrin idmançıları iştirak etmirdilər. Yarışlar Afina meydanlarının birində keçirilirdi. Bu yarışı 22 min yunan izləmişdir. Qalibləri zeytun budağından hazırlanmış çələng ilə mükafatlandırırdılar. 1889-cu ildə yenidən qədim Elladada keçirilən oyunları bərpa etmək üçün iki dəfə cəhd göstərilmişdir.


Tarix: 04.12.2014 / 17:00 Müəllif: Aziza Baxılıb: 172 Bölmə: Olimpiya oyunları
loading...