beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İkinci Olimpiya oyunları (20 may-28 oktyabr 1900-cü il)

Olimpiadaların dirçəlişində Pyer de Kubertenin xidmətləri şərəfinə oyunlar 1900-cü ildə Fransanın paytaxtı Parisdə keçirilmişdir. Yarışlarda (20 may - 28 oktyabr) 20 ölkənin 1066 idmançısı proqramın 15 növü üzrə 65 dəst medal uğrunda mübarizə aparmışlar.

Paris Olimpiadası Afinadakına nisbətən bir qədər sönük keçmişdir. II Olimpiya oyunları ilə eyni vaxtda Fransanın paytaxtında ümumdünya ticarət sərgisi də keçirilmişdir. Olimpiya oyunlarının təşkilatçıları elə zənn edirdilər ki, sərgi oyunlara şan-şöhrət gətirəcəkdir. Əksinə, sərgi Olimpiadanı kölgədə qoymuşdur.

Ölkənin hakimiyyət dairələri də oyunlara nisbətən sərgiyə daha çox diqqət yetirmişlər. Belə bir vəziyyət yarışların gedişinə mənfi təsir göstərmiş və oyunların keçirilmə müddəti 5 ay uzadılmışdır.

1900-cü illərin qəzet və jurnalları bu Olimpiadanı çox xəsisliklə işıqlandırmışdır. Hətta Fransa mətbuatında da bu oyunlar barədə lazımi məlumat tapmaq mümkün deyildi. Bu yeganə Olimpiadadır ki, qaliblərin dəqiq və tam siyahısını aşkar etmək mümkün deyil. Bu səbəbdən də həmin oyunlar barədə elə indinin özündə də mübahisələr davam edir.

Yarışın proqramına hava balonunda uçmaqdan tutmuş təbiətin mühafizəsi, canlı göyərçinlərə güllə atmaq, güləşmə, ağırlıq qaldırma, atletika, qılıncoynatma, gimnastika, atçılıq, üzgüçülük, ilk dəfə kəndir dartma və s. daxil edilmişdir.

Olimpiya hərəkatının bəzi tarixçiləri belə hesab edirlər ki, kriket, atlar üzərində polo (çövkən), oxatma yarışları nümunəvi keçirilmişdir.

İlk dəfə Olimpiya iştirakçıları arasında 6 nəfər qadın olmuşdur. Qadınlar tennis və qolf yarışlarında mübarizə aparmışlar. Burada ilk Olimpiya çempionu ingiltərəli qadın Ş.Kuper olmuşdur. O həm də komanda yoldaşı R.Doxort ilə birlikdə qarışıq yarışlarda 2-ci qızıl medala layiq görülmüşdür.

Atletika. 60, 110 və 200 m sədləri dəf etməklə qaçışda ABŞ idmançısı Elvin Krenstsleyn 3 qızıl medal əldə etmişdir.

100 m məsafəyə qaçmaqda ABŞ idmançısı 11 saniyə nəticə göstərərək qalib gəlmişdir. Bu növdə ABŞ idmançıları 24 qızıl medaldan 16-sına sahib olmuşlar.

Qılıncoynatma. Bütün qızıl medalları fransızlar əldə etmişlər. Kəndirdartmada Danimarka və İsveç komandaları iştirak etmişlər.

Gimnastika proqramına çoxnövçülük üzrə şəxsi birincilik daxil edilmişdi. Burada paralel qollarda, həlqələrdə, idman atı və tir üzərində hərəkətlər icra etmək, dayaqlı hoppanma, sərbəst hərəkətlər üzrə, eləcə də klassik gimnastika hərəkətləri — uzununa və hündürlüyə tullanma, kəndirə dırmanma, 50 kq-lıq ağırlıq qaldırma üzrə yarışlarda 6 ölkənin 136 atleti mübarizə aparmışlar. Ümumi hesabda ilk 6 yeri Fransa idmançıları tutmuş, Qustav Sandra çempion olmuşdur.

ikinci Olimpiya oyunlarında iştirak edən ölkələr
İlk dəfə bu Olimpiadanın proqramına futbol daxil edilmiş və Böyük Britaniya komandası yarışların qalibi olmuşdur.



II OLİMPİYA OYUNLARININ YEKUN CƏDVƏLİ



Yerlər

Ölkələr

MEDALLAR

Cəmi

Qızıl

Gümüş

Bürünc

I

Fransa

25

36

31

92

II

ABŞ

20

14

15

49

III

Böyük Britaniya

16

6

9

31


Tarix: 04.12.2014 / 16:59 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Olimpiya oyunları