Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ov

Yuxuda ov edən adamları müşahidə etmək yaxın vaxtlarda sizi dostlarınızın əhatəsində şən əyləncənin gözlədiyinə işarədir. Bəzən belə yuxu sizin təxəyyülünüzü darmadağın edəcək çox pis insanla qarşılaşacağınız barədə xəbərdarlıqdır. Əgər hansısa heyvan ovuna çıxdığınızı görmüsünüzsə, ayıqlıqda sizi böyük çətinliklər gözləyir. Sizin gizli düşməniniz hər vasitə ilə sizin planlarınızın yerinə yetməsinə mane olmağa çalışacaq. O heç nəyin qarşısından geri çəkilməyəcək, ona görə də özünüzü müdafiə etmək üçün istənilən xalq vasitəsindən istifadə edin. Əgər yuxuda ovçu heyvanlar üçün qazılan xəndəyə yıxılarsa, bu yaxşı heç nə vəd etmir. Real həyatda siz, hər cür risqli işlərə baş qoşmaqla, necə deyərlər, “uçurumun kənarında gəzirsiniz”. Ehtiyatlı olun, çünki heç də bütün işlər böyük qazanc dalınca aparmır. Əgər yuxuda ov zamanı yaraladığınız heyvan sizə hücum edərsə, sizin öz mənfur düşməniniə qalib gəlməyiniz barədə təsəvvürünüz yanlışdır. O, yalnız öz yaralarını yalayır və sizə yeni zərbə endirməyə hazırlaşır.


Tarix: 11.03.2014 / 13:20 Müəllif: Ebulfez Baxılıb: 85 Bölmə: O hərfi
loading...