Dağları Duman Alanda
						Dağları duman alanda, 
Gözüm yollarda qalanda, 
Yadıma sən düşəndə, 
Gül yanağım solmasınmı? 
Əsən yellər, əsən yellər 
Sevgilimdən mənə xəbər. 
Solanda narın çiçəklər 
Gözüm yaşl dolmasınmı? 
Bu yerlərdən keçməz oldum, 
Dost, düşməni seçməz oldum, 
Eşqimə and içməz oldum, 
Könlüm xarab olmasınmı?
Tarix: 19.11.2013 / 03:56 Müəllif: Akhundoff Baxılıb: 98 Bölmə: Nigar Rəfibəyli
loading...