beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Nahar görmək

Yuxuda tək nahar edirsinizsə, bu o deməkdir ki, tezliklə həyat sizi vacib problemlər haqqında dərin düşünməyə vadar edəcək. Gənc qadın yuxuda sevgilisi ilə nahar edirsə, onunla mübahisədədir və ya tamamilə ayrılacaq. Əgər onların birgə yeməyi xoş şəraitdə keçirsə, belə yuxu münasibətlərin uğurlu inkişafına işarədir. Yuxuda nahara dəvət olunmaq həyatda insanların qonaqpərvərliyindən məmnun olacağınıza işarədir.

Nahar həmişə özündə maraqlı komponentlər əks etdirir. Bu, həssaslıq, şəxsi münasibətlər və ya sadəcə həyati zərurətlərdir. Naharın zəruri atributları dostluq atmosferi və yemək hazırlama metodudur.Ailənin stol ətrafında birgə nahar etməsi ailənin birlikdə vaxt keçirməsi üçün həmişə əhəmiyyətli olub. Məhz nahar süfrəsində bütün ailə bir yerə toplaşır ki, ümumi ünsiyyət qurulsun. Hətta sıx ünsiyyət qurmayan ailələr üçün nahar süfrəsi ailənin bütün üzvlərinin bir yerə yığılması üçün vacib yer olub.Yuxuda nahar süfrəsi ətrafında çoxdan dünyasını dəyişən və ya yalnız şəkildə gördüyünüz insanları görə bilərsiniz. Süfrə arxasında gördüyünüz adamlara diqqətlə nəzər yetirin, ola bilsin ki, kiminsə orada varlığı və ya yoxluğu sizə qeyri-adi və qəribə görünə bilər.Yeməklərə nəzər salın. Bəzi ailələrdə müəyyən yeməklər ailənin konkret bir üzvü və ya bütünlükdə ailə obrazı əlaqədar olur. Bu heç kimin xoşuna gəlməyən yemək, ekzotik yemək və.s ola bilər.Məğz ondan ibarətdir ki, müəyyən yeməklər ailə ənənələrinə mənsubluq rəmzinə çevrilir. Əlbəttə ki, yuxuda yeni bir yemək və ya qeyri-adi hazırlama metodunun nümayişi mümkündür. Əgər yuxuda ciyər görmüsünüzsə, ailədə kimin ciyər xəstəliyindən vəfat etdiyini xatırlayın.Yeməklə bağlı simvolik mənalar dərhal yaddaşlarda insanlarla əlaqəli müəyyən assosiasiya yaradır.Yuxunuza xoş dostluq şəraitində nahar giribmi? Bəlkə bu hansısa bayram münasibətilə təşkil olunan süfrədir? Stolun üstündə hansı yeməklər var? Nəfis, qeyri-adi yoxsa gündəlik yeməklər?


Tarix: 04.03.2014 / 21:16 Müəllif: Ebulfez Baxılıb: 201 Bölmə: N hərfi