beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Maralı – Musa Mirzəyev..

Ay qız gəzmə aralı,
Könlüm səndən yaralı
Gözlərinə heyranam
Azərbaycan maralı.

Sən bulaq üstə gələndə,
Qıyqacı baxıb güləndə,
Aldın səbri qərarımı
Azərbaycan maralı.

Mən qurbanam gözlərə,
Şirin şirin sözlərə,
Bir qonaq gəl bizlərə
Azərbaycan maralı.

O günə qurban kəsərəm,
Gəlməsən səndən küsərəm,
Gəzərəm səndən aralı,
Azərbaycan maralı.

Gedək qırx qız yaylağına,
Maral ceyran oylağına,
İnək isa bulağına
Azərbaycan maralı.

Turş su olsun yaylağımız,
Gözəl şuşa oylağımız,
Sən Olaydın Qonağımız,
Azərbaycan maralı.


Tarix: 22.01.2015 / 18:36 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Musa Mirzəyev