beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adəmi adəm eyləyən paradır
Adəmi adəm eyləyən paradır

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır,

Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,

Baş-ayaq eyb içində olsan da -
Tək bu aləmdə dövlətin olsun;

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın;

Atəşi-xanə suzi-millət ikən --
Hər kəsin səcdəgahıdır xakın;

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,

Та ki, var əldə beş puçuq quruşun
Mötəbərsən gözündə əşrafın;

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.


Tarix: 03.06.2015 / 13:25 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Mirzə Ələkbər Sabir