beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maviler arasında 8-ci olimpiada

İyulun 31-de Almaniyanın Köln şeherinde qeyri-enenevi seksual oriyentasiyaya malik idmançılar arasında “Gay Games Cologne2010″ yarışı start götürecek. Lent.az-ın melumatına göre, sayca 8-ci defe keçirilecek “mavi”ler olimpiadasına Almaniyanın xarici işler naziri Gido Vestervelle destek verecek. Vestervelle homoseksual olduğunu açıq-aşkar bildirir ve tez-tez ictimaiyyet qarşısına dostu Mikael Mrontsla birge çıxır. Teşkilat komitesinin resmisi Anetta Vaxterin sözlerine göre, nazir bununla tolerantlıq elameti ve qeyri-enenevi orientasiyanın nümayendelerini müasir cemiyyete qebul olunduğunu nümayiş etdirir. “Gay Games” her 4 ilde bir defe teşkil olunur. Avqustun 7-dek davam edecek budefeki yarışa 12 min idmançı qatılacaq. Olimpiadanın proqramına futbol, atletika, üzgüçülük, bodibildinq, boulinq ve qolf daxil edilib. Qeyd edek ki, “mavi”ler arasında ilk olimpiada 1982-ci ilde ABŞ-ın San-Fransisko şeherinde reallaşıb. Sonuncu defe Avropa qitesinden Hollandiyanın paytaxtı Amsterdam 1998-ci “Gay Games”i qebul edib.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Maraqli Melumatlar