Yulaflı Sızanaq Maskası
- 1 yemək qaşığı yulaf
- 1 yemək qaşığı qatıq
- 2 damla limon
 
Hazırlanması
 
Bu vəsaitləri yaxşıca qarışdırın və dərinizə sürtün. 15 dəqiqə gözləyib yuya bilərsiniz. Həftədə bir dəfə olaraq tədbiq  etməlisiniz.
 
2
 
Kivi və Gilli Sızanaq Maskası
- 1 ədəd kivi
- Aldığı qədər gil
 
Hazırlanması
 
Kiviyi əzərək suyunu çıxarın. Suyuyla gili qarışdırın və dərinizə sürtün. Bu maska sızanaqları çox sürətli qurutduğu üçün dəridə 5 dəqiqə tutulmalıdır. Həftədə 1 bir dəfə tətbiq edə bilərsiniz.
 
3
 
Ballı Sızanaq Maskası
- 1 yemək qaşığı bal
- 1 yemək qaşığı limon suyu
 
Hazırlanması
 
Vəsaitləri qarışdırın və maskanı yalnız sızanaqlı bölgələrinizə sürtün. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Ardından su əsaslı nəmləndiricinizi çəkməyə laqeyd yanaşmayın. Bu maskanı isə həftədə iki dəfə tətbiq edə bilərsiniz.
 
4
 
Portakallı Sızanaq Maskası
- 1 dənə portağal
1- 1 çay qaşığı qabartma tozu
 
Hazırlanması
 
Portağalın qabıqlarını rəndələyib krem halına gəlincəyə qədər qarışdırın. Qabartma tozunu əlavə etdikdən sonra yalnız sızanaqların üzərinə sürtün. Ən az 30 dəqiqə gözlədin.
 
5
 
Alma Sirkəli Sızanaq Maskası
 
- 1 çay qaşığı alma sirkəsi
- 1 çay qaşığı limon suyu
- 1 çay qaşığı gül suyu
 
Hazırlanması
 
Vəsaitləri qarışdırıb sızanaqların  üzərinə sürtün. Yarım saat sonra ilıq suyla yuyun.  Qısa müddət sonra Sızanaqlarınız quruyacaq.
Tarix: 23.04.2015 / 11:11 Müəllif: Aziza Baxılıb: 429 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri