beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşlə bağlı görüşə nə geyinməli?

İş axtarırsınız və gözləmədiyiniz şirkətdən sizə orada çalışmaq üçün təklif gəlir. Beləliklə, sabah sizi işlə bağlı danışmaq üçün həmin şirkətə dəvət edirlər. Amma, hələ də nə geyinib ora gedəcəyinizə qərar verməmisiniz, bu mövzuda çətinliyiniz var. Elə isə diqqətli olun!
Görüş zamanı geyindikləriniz işə götürülmə qərarınız zamanı çox təsirli vasitəyə çevrilə bilər. Unutmayın ki, döymə yaxud pirsinq kimi vasitələr haqqınızdakı fikirlərə öz mənfi təsirini göstərə bilər.

Səliqəli və zövqlə seçilmiş bir paltar sizinlə görüşən insanın diqqətini çəkmək qabiliyyətinə malikdir.

Seçdiyiniz geyimlə sadə aksesuarlar görkəmizə daha da gözəllik qatar və ciddi görünmənizdə rol oynayar. İş görüşləri adətən rəsmi şəkildə keçir. Bu səbəbdən də görüşməyə gedərkən cins şalvardan uzaq durun.

Ümumiyyətlə, tövsiyə olunur ki, parça şalvar və köynək ən yaxşı seçimdir. Bu geyimdə nə həddindən artıq ciddi, nə də idman stilli görünərsiniz.

Günəşli havada yola çıxırsınızsa və görüşəcəyiniz yer qapalı məkandırsa, içəri keçərkən gün eynəyinizi başınıza taxmayın. Bu, sizə ciddi olmayan görünüş verəcək.

Çantanızda əvvəlki işlərinizlə bağlı səliqəli bir fayl çıxarmaq isə sizin haqqınızda fikirlərə mütləq təsir edəcək. Təbii ki, bu faylı göstərməyə ehtiyac varsa. Hər halda hər zaman ehtiyatla davranın.

Geyiminizdə cırıq, sökük olmamasına diqqət yetirin. Ola bilsin ki, belə bir şey gözünüzdən yayınsın. Evdən çıxmazdan öncə aynada özünüzə hərtərəfli baxmağı unutmayın.

İşlə bağlı ilk görüşdə həyəcanlı olmanız normaldır. Çalışın ki, gərgin olduğunuzu qarşı tərəfə aşkar etməyəsiniz.


Tarix: 20.11.2012 / 05:57 Müəllif: [Ram] Baxılıb: 654 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri