beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaz-yay ayları üçün xüsusi pəhriz

Sizə həftədə 3 kilo arıqlaya biləcəyiniz 15 günlük şok bir pəhriz proqramını təqdim edirəm.
Kök ağırlıqlı bu pəhrizlə dəriniz daxildən qidalanaraq hamar bir görünüşə qovuşacaq və artıq çəkiniz əriyəcək. Həftədə 1-2 kilo arıqlaya biləcəksiniz. Bu pəhrizin bir başqa xüsusiyyəti də zamanın vəbası xərçəngə qarşı təsirli olmasıdır. Xüsusilə də dəri xərçənginin son illərdə artması kök pəhrizinin əhəmiyyətini daha da artırır.

Bazar etrəsi
Səhər: 1 çay qaşığı cem çəkilmiş 3 nazik dilim qızarmış çörək, 1 fincan çay və ya qəhvə
Ara pay: 150 qr təzə meyvə
Nahar: 200 qr taxıl əlavəli qatıq, 1 kasa qarışıq meyvə
Axşamüstü: 1 stəkan meyvə şirəsi
Şam: 100 qr balqabaqlı plov, 150 qr qarışıq mövsüm salatı, 1 stəkan mineral su və ya su

Çərşənbə axşamı
Səhər: 200 qr təzə meyvə, 1 fincan çay və ya qəhvə
Ara pay: 1 kasa yağsız qatıq
Nahar: 1 stəkan meyvəli süd, 150 qr təzə meyvə
Axşamüstü: 1 kasa limonlu pudinq
Şam: 200 qr qızartma toyuq və ya hinduşka, 200 qr qaynadılmış balqabaq və kök, 1 stəkan mineral və ya adi su

Çərşənbə
Səhər: 1 çay qaşığı bal çəkilmiş 1 dilim kəpək çörəyi, 1 fincan çay və ya qəhvə
Ara pay: 150 qr təzə meyvə
Nahar: Qatıqlı tərəvəz püresi, 1 təzə meyvə
Axşamüstü: 1 meyvəli dondurma
Şam: 200-250 qr az yağlı balıq, 200 qr qaynadılmış tərəvəz, 4-5 pəhriz biskviti, 1 stəkan mineral və ya adi su

Cümə axşamı
Səhər: 1 stəkan südlü qəhvə
Ara pay: 1 stəkan təzə meyvə şirəsi
Nahar: 1 paket pəhriz biskviti, 150-200 qr təzə meyvə, 1 stəkan mineral su
Axşamüstü: 1 fincan çay
Şam: 100 qr pomidorlu makaron, 200 qr qatıqlı badımcan salatı (yağsız), 1 stəkan mineral və ya adi su

Cümə
Səhər: 1 fincan südlü qəhvə, 1 çay qaşığı bal çəkilmiş 3 nazik dilim qızarmış kəpək çörəyi
Ara pay: 1 stəkan təzə meyvə şirəsi
Nahar: 200 qr qaynadılmış tərəvəz, 1 stəkan pomidor suyu
Axşamüstü: 1 fincan çay
Şam: 2 qaynadılmış yumurta, 150 qr qaynadılmış təzə paxla, 1 stəkan mineral və ya adi su

Şənbə
Səhər: 1 kasa qatıq, 1 fincan çay və ya qəhvə
Ara pay: 200 qr təzə meyvə
Nahar: 150 qr sadə pizza, 1 stəkan mineral su
Axşamüstü: 1 kiçik meyvəli dondurma
Şam: 100 qr quru paxla yeməyi, 100 qr kartof və 150 qr ispanaq əlavəli şorba, 1 stəkan su

Bazar
Səhər: 1 fincan çay və ya qəhvə, 1 kasa kompot
Ara pay: 1 stəkan qreyfurt suyu
Nahar: 200 qr qatıq
Axşamüstü: 1 paket pəhriz biskviti
Şam: Bir neçə diş sarımsaq, 1 şorba qaşığı zeytun yağı, 1 acı bibər əlavəli 6 şorba qaşığı makaron, qatıq, 1 stəkan mineral su.


Tarix: 25.11.2014 / 12:11 Müəllif: Aziza Baxılıb: 129 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri