beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəllik təbii qidalardan başlayır...

Gözəl görünməyi, təravətli dəriyə sahib olmağı hansı qadın istəməz ki.

Bu gözəlliklərə çatmaq isə daha çox öz əlimizdədir. Gözəlliyi təkcə krem və pudralarda, ya da ətirlərdə axtarmaq doğru deyil. Dərinin təravətli olmasına, qırışların aradan qalxmasına təbii yolla da nail olmaq mümkündür. Bu işdə qidalanma da az rol oynamır. Bu səbəbdən vitaminlə zəngin olan meyvə və göyərtilər dərinin sağlam olması üçün az əhəmiyyət daşımır. Tərkibində inqredientlər olan hazır yeməklər, eləcə də hisə verilmiş ət, soyuducuda uzun müddət saxlanılan xörəklər dəri üçün son dərəcə təhlükəlidir.
Həm orqanizm, həm də canlı və parlaq dəri üçün bol miqdarda çiy meyvə, göyərti, eləcə də meyvə-tərəvəz sularından istifadə etmək məsləhətdir. Çiy meyvə-tərəvəz məhsulları dərini qoruyur, təzələyir, elastikliyini təmin edir və gözəlləşdirir.
Ən təsirli dəri “krem”lərindən biri də sudur. Tərləyərkən bədəndəki toksinlər, artıq maddələr dəri vasitəsilə xaric olunur. Bu bir faktdır ki, insan yaşlandıqca dəri öz rütubətliliyini və elastikliyini itirir. Bunun qarşısını almaq üçün isə bolluca su içmək məsləhətdir. Ancaq qazlı sular istisna olmaqla... Çünki qazlı sular sidikqovucu xassəyə malik olduğu üçün su itkisinə səbəb olur.
C vitamini dərinin elastikliyini artırdığı üçün tərkibində bu vitamin olan məhsullardan çox istifadə etmək lazımdır. Maqnezium orqanizmdəki artıq maddələrin xaric edilməsinə kömək edir, bədəni həddən çox duz və digər toksinlərdən təmizləyərək hüceyrələrin rahat fəaliyyətinə şərait yaradır. Qısası, qidalanarkən meyvə və göyərtilərdən daha çox istifadə edin ki, dəriniz həm qırışmasın, həm də gözəl və təravətli olsun...


Tarix: 28.06.2013 / 18:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri