beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi ilə qadının dostluğu mümkündür?

Gecə düşüncə kişi ilə qadının dostluğu zəifləyir…
Оtto Bismark

Deyilənlərə görə, kişi qadınla dostluq edirsə başqa münasibətləri xəyal edir, qadın kişi ilə dostluq edirsə onun münasibətlərində heç nəyə ümid etmədiyini düşünür. Bildiyimiz kimi bir çox insan “biz dostuq” ifadəsinə ironiya ilə yanaşır. Və çox vaxt bu yanaşma həyatda öz yerini tapır.
Bəs alimlər və psixoloqlar bu haqda nə düşünür?

Aparılan tədqiqatlar göstərir ki, əks cinsin nümayəndələri dostluq edirsə onlar şüuraltı olaraq biri-birini seksual anlamda cəlb edirlər.

Burdan elə nəticə çıxır ki, əks cinsin nümayəndələri araında əsl dostluq ola bilməz. Lakin, psixoloq Linda Sapadinin düşüncələrinə görə aralarında olan münasibət mürəkkəb olsa da qadınla kişi dostluq etməyə qadirdilər.

O eyni cinsin nümayəndəsi olan 150 nəfər insan arasında sorğu keçirmişdir. Sorğu zamanı qadınlar bu dostluqdan emosional dəstək gözlədiklərini qeyd etmiş, kişilər isə qadın dostları ilə aralarında seksual münasibəti normal hal kimi qiymətləndirmişdilər.

Buna baxmayaraq L.Sapadin hesab edir ki, bu dostluq eyni cinsli insanların arasında olan dostluğa nisbətən daha müsbətdir. Çünki məhz bu münasibətlərdə rəqabət, paxıllıq hökm sürmür. Bir çox qadınlara isə dosta olan münasibət “böyük qardaş”a olan münasibəti xatırladır.

İnsanlar arasında münasibətlər fərqlidir və bunları ümumiləşdirmək olmaz. Dostluğunuzun nə dərəcədə səmimi olması isə məhz sizin özünüzdən asılıdır.


Tarix: 28.12.2012 / 13:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 508 Bölmə: Maraqlı Melumatlar