beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevilən Çiçəklərə Görə xasiyyətiniz Necədir?

Araşdırmalara görə insanların sevdiyi çiçəklərə görə xasiyyətlərini müəyyən etmək mümkündür.

Məsələn,
Qızıl gülü sevənlər; Saf sevgiyə və dostluğa dəyər verən, ümumilikdə həssas, duyğusal insanlardır. Şən, gülərüz məntiqlə deyil hissləri ilə hərəkət etməyi sevən insanlardır.
Qərənfili sevənlər; Ən xırda bir şeyə görə özündən çıxan, güclü hisslərə sahib olan insanlardır. Az danışmağa və çox dinləməyə üstünlük verən bu insanlar sərt xassiyyətə sahibdirlər. Adətən qısqanc olurlar.
Zambağ gülünü sevənlər; Bu insanlar adətən gözəllik vurğunu olurlar və buna görə də həmişə özlərini gözəl əşyalar və insanlarla əhatə edirlər. Lakin bu xüsussiyyətlərinə görə daima həyatda problemlərlə rastlaşırlar.
Ətirşah sevənlər; Hisslərinə hakim olan insanlardır. Xəyal dünyasına qapılmağı sevməzlər.
Yasmini sevənlər; Xəyalpərəst olurlar. Tez-tez küsməyə meyl edən bu insanlar daima həyatdan səbrlə nə isə gözləyirlər.
Doqquzdon gülünü sevənlər; Ziddiyətli insanlardır. Bir müddət öncə şən, gülərüz olan bu insanlar tez bir anda kefsiz, ümidsiz ola bilirlər.
Bənövşə gülünü sevənlər; Kin saxlaya bilməyən bu şəxslərin ürəyiaçıq, qəlbləri insanlara qarşı sevgi ilə dolu olur. Əliaçıq və insanpərəst olmaları insanları onlara cəlb edir.
Maqnoliyanı sevənlər; Özlərindən çox razı olan bu insanlar həyatda hər şeyin ən yaxşısına layiq olduqlarından əmindirlər. Özlərini tərifləməyii çox sevirlər.
Lalə sevənlər; Çox zərif insanlardır. Hər sözdən tez inciyən olurlar.
Yasəmən sevənlər; Ürəyiaçıq, səmimi və nəzakətli olurlar.
Payızgülünü sevənlər; Ciddi, sanballı, qəddar olurlar. Çox tələbkar və sərt xüsusiyyətlərə sahibdirlər.
Sünbül çiçəyini sevənlər; İnsanların toplandığı məkanlardan uzaq dururlar, daha çox təkliyə meyl edirlər. Nizamsız həyat tərzi sürürlər.


Tarix: 28.12.2012 / 13:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 668 Bölmə: Maraqlı Melumatlar