beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MİKAYIL ƏLEYHİSSƏLAM

-Röyada Mikayıl Əleyhissəlamı görmək-inananlar üçün dünyada məqəsdinə, muradına və əmələ nail olamağa dəlalət edir. Əgər o kimsənin imanı kamil deyilsə, həmişə ehtiyatlı davranması tövsiyə olunur. Yuxuda Mikayıl Əleyhissəlamı böyük bir şəhərdə görmək-o şəhərə bərəkətli yağışlar yağacaq, xalqın güzəranı bolluq və ucuzluq içində keçəcək. Bu böyük Mələk yuxuda röya sahibindən bir söz soruşarsa, yaxud ona bir şey verərsə-o adam nemətlərlə və sevuncə qovuşaraq, cənnətliki olar. Cünki Mikayıl Əleyhissəlam rəhmətə müvəkkli bir mələkdir. Onu yuxuda görmək-gün-güzəran, bərəkət, bolluq, istəklərinizin könlünüzcə yerinə yetməsi və bol yağış deməkdir. Bu Mələyi görmək bəzən də təbəəsinə qarşı şəfqətli və rəhmətli bir padşaha və dövlət başçısına əlamət sayılır, yaxud qıtlığı, quraqlığı və susuzluğu bildirir. Mikayıl mələyi görmək-əlil və uşağı olmayan qadınların uşağı olacağına, çox müşkül və çətin işlərin asan həllinə işarə sayılır. Mikayıl Əleyhissəlamı dənizdə səfərdə olan bir yoçu görərsə, o fırtına və boğulma təhlükəsindən hifz olunacaq. Bu röyanı quruda olan bir adamın görməsi də eyni şəkildə yozulur. Səfərdə olan adamın Mikayıl mələyi görməsi-yağış yağmasi səbəbindən səfərin ləngiyəcəyinə işarə sayılır. Əkin-biçin adamının Mikayıl Əleyhissəlamı görməsihər cür məhsul baxımından xeyrə yozulur. Özünün Mikayıl Əleyhissəlama oxşadığını görmək-röya sahibinin böyük qismətə, bolluğa yetişəcəyinə və gözəl xasiyyətli olmasına yozulur.


Tarix: 03.03.2014 / 22:48 Müəllif: Ebulfez Baxılıb: 66 Bölmə: M hərfi