beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏKKEYİ-MÜKƏRRƏMƏ

Röyada Məkkeyi-mükərrəməni (Müqəddəs Məkkə şəhərini) görmək-imam olaraq yozulur. Röyasında Məkkəyə getdiyini görən adam xəstədirsə, xəstəliyi uzun sürər və ya ölər. Günahkarlar üçün Məkkəyə girmək-tövbəyə; kafirlər üçün-islama tapınmağa; subaylar üçün-evlənməyə işarədir. Məkkəyə girən adam hər cür qorxu və şübhədən qurtulur. Həcc üçün Məkkəyə getmək-Allahü-təala röya sahibinə həcc nəsib edəcək. Bu gözəl şəhərin civarında olduğunu görmək-uzun ömrə əlamətdir. Röyada Məkkəyə arxasını döndərmək-işindən və ya ortağından ayrılmağa işarədir. məkkənin yıxıldığını görmək-röya sahibinin ibadəti, namazı qüsürlüdür. Məkkədə bolluq və ucuzluq görmək-xeyrə; qıtlıq görmək-şərə dəlalət edir.


Tarix: 03.03.2014 / 21:47 Müəllif: Ebulfez Baxılıb: 64 Bölmə: M hərfi