beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bura Ele Bir Memleketdir Ki...

Bura ele bir memleketdir ki,...burada serniwinler avtobusu dayanacaqdan en azi 10-15 metr aralida gozleyirler.Avtobusa minib- duwerken dayanacaqdan bawqa her yerden istifade edirler.Bezileri avtobusu dayanacaga 10 metr qalmiw,bezileri de dayanacaqdan 10 metr kecdikden sonra saxladir.Dayanacaqda avtobus gozleyen insanlara bu memleketde birteher baxirlar.

Bura ele bir memleketdir ki,...burada insanlar hem atewperestliyi terennum eden «Novruz»,hem xristianligi terennum eden «Yeni il»,hem de islami terennum eden «Ramazan» bayramlarini eyni temteraqla qeyd edirler.

Bura ele bir memleketdir ki,...burada yol hereketi qaydalarini pozaraq inzibati xetaya yol veren suruculeri cezalandirmaq ucun onlari cinayet emeli toretmeye mecbur edirler.cunki bu memleketde ruwvet vermek de,almaq da cinayet emeli hesab olunur.

Bura ele bir memleketdir ki,...burada qebiristan «mollalarinin» ekseriyyeti «Yasin» oxuya bilmir.

Bura ele bir memleketdir ki,...burada Tibb Universitetinde oxuyan telebe neyrocerrahiyye dersinden «3» alsin deye muellime pul teklif edir.Bu memleketde universitetlere oxumaq ucun deyil,diplom almaq ucun geden telebeler var.Oglan telebelerin bir hissesini ise hec diplom da maraqlandirmir.Onlar universitetlere esgerlikden yayinmaq ucun gedirler.Bawqa olkelerde muellime yaxwi tehsil almaq ucun pul verirler.Burada ise tehsil almamaq ucun ruwvet verirler.

Bura ele bir memleketdir ki,...burada qadin serniwinler avtobusun araxa oturacaginda oturmurlar.Arxa oturacaqda oturan kiwiler oz yerlerini qadinlara hec vaxt teklif etmezler.Avtobusun on siralarinda taniw olmasalar bele,kiwilerle qadinlar cox rahatliqla yan-yana otura bilirler.Amma qadinla kiwi bir- birini tanimirlarsa,arxa sirada hec vaxt yan-yana oturmazlar.Bu memleketde avtobusun arxa oturacaginda oturan qadinlara da birteher baxirlar.

Bura ele bir memleketdir ki,...burada insanlar Ramazan ve Meherrem aylarinda toy etmeyi,aile qurmagi «haram» hesab edirler.Bu memleketde bir cox insan var ki,icki icmek ucun sebirsizlikle Ramazan ve Meherrem aylarinin bawa catmasini gozleyir.Burada insanlar icki ice-ice Allaha dua edirler.Allahdan can sagligi istemek icki meclislerinin vazkecilmez unsurlerinden biri hesab olunur.

Bura ele bir memleketdir ki,...burada dininden,dilinden,irqinden,emelinden asili olmayaraq butun insanlara oldukleri zaman «rehmete getdi» deyirler.

Dunyada bu cur memleketler coxdur.Yeni yuxarida sadaladigim faktlarin altinda «Made in...» markasi yapiwdirmaq lazim olarsa,onda noqtelerin yerine ozunuz uygun bildiyiniz olkenin adini yazin.Secim sizindir eziz ve hormetli istifadeciler


Tarix: 19.11.2013 / 04:13 Müəllif: Akhundoff Baxılıb: 249 Bölmə: Məzəli mesajlar