beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalnızlıq...
Yalnızlıq...

Nifrət yırtır ağzını
Şeytan köynəyinə calanıb
Və bir az da tülkü saqqalına
Bələnibsən
Zülmət çəkir gözlərin bilirəm
Yalnız ölüm sənə dözər !..
Turbalarda axan məqsəd su deyil,
Sancıdır!
Mətbəxin insan dadındandır
Barmaqlarını yırtacağam bir gecə
Sonra dodaqlarını tikəcəyəm öpüşlərimə
Ola bilər saçlarında quş tutdurum ?!
Burax məni, burax
Üsyanımda ürək qalmayıb
Sənin dərdini çəkmək,
Ən böyük rəssamlıqdır demək !
Və mən yoxam,
Ay mənim yalnızlığım.


Tarix: 04.06.2015 / 16:39 Müəllif: Aziza Baxılıb: 140 Bölmə: Məhəmməd Rza Ləvai